328
Kətnın yer kürəsində əkin sahəsinin 60%-dən çoxu MDB ölkələrində cəmləşmişdir. Rusiya,
Ukrayna və Belarus dövlətlərində əkin sahəsi daha çoxdur. Polşa, Rumıniya, Fransa, Çexiya,
Hollandiya və s. ölkələrdə də əkin sahəsi əhəmiyyətli dərəcədədir.
Yer kürəsində əsas liflik kətanın əkin sahəsi 1,5 mln. hektardan çox, yağlıq kətanınkı isə
təxminən 1 mln. hektardır. Yağlıq kətanın əkinləri Argentina, ABŞ, Kanada və Hindistanda daha
çoxdur.
Rusiya ərazisində əkin sahəsi 200 min hektardır.
Kətanın lif məhsuldarlığı orta hesabla hektardan 0,4 tondur, lakin potensial imkanı 1,6 və daha
çoxdur.
Botaniki təsviri.
Kətan
(Linum),
z ə y ə r ə k, kətan fəsiləsindən birillik, çoxillik ot və kol
bitkisi. Əsasən, subtropik və mülayim iqlimli ərazilərdə 200-dən çox növü var. Azərbaycanda 13
növü yayılmışdır (iki növü əkilir). Kənd təsərrüfatı bitkiləri içərisində ən çox əhəmiyyətə malik
olanı mədəni becəriləni adi (
Linum usitatissimum L.
) kətandır. Müasir təsnifata görə adi kətan beş
yarımnövə bölünür ki, onlardan üçü daha çox əhəmiyyətə malikdir.
Uzun lifli kətan
(
elongata
) – birillik bitkidir. Düz, nazik mum təbəqəsi ilə örtülmüş səthi
sığallı, açıq-yaşıl budaqlar (gövdələr) onun məhsuldar hissəsidir. Hündürlüyü 60-120 sm və daha
çoxdur.
Aralıq dənizi
yarımnövü –
Dostları ilə paylaş: