330
İbtidai liflər gərilmiş, uzunluğu 15 mm-dən 40 mm-ə qədər iti nəhayətli hüceyrələrdən
ibarətdir. Lifin orta qalınlığı 20-30 mikrometrdir. İbtidai lif lif dəstəsinə pektinlə möhkəm yapışmış
olur. Hər dəstədə 25-40 ibtidai lif müəyyən edilmişdir. Lif dəstələri halqa şəklində gövdənin
periferiyasında yerləşir. Dəstələr bir-biri ilə birləşərək texniki lif zolağı əmələ gətirir.
Lifli dəstənin uzunluğu gövdənin ümumi uzunluğundan və onun texniki uzunluğundan (ləpə
yarpaqlarının izindən budaqlanmanın başlanğıcına qədər) asılıdır. Daha atıq texniki və daha çox
ibtidai liflər, böyük texniki uzunluğa malik olan hündür (70 sm) gövdələrin tərkibində olur. Nazik
gövdələr (1-1,2 mm) yaxşı keyfiyyətli lif verir, belə ki, onların ibtidai lifləri daha çox qalın
divarlıdır və müqayisəli dərəcədə daxili boşluğun olması, yaxşı davamlılıq və elastiklik verir.
Kətan lifinin keyfiyyəti bir çox texnoloji xüsusiyyətləri ilə xarakterizə olunur. Yaxşı
keyfiyyətli lif daha yüksək möhkəmliyi, elastikliyi, zərifliyi, əyiricilik qabiliyyəti və davamlılığı ilə
fərqlənir.
Dostları ilə paylaş: