Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə392/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   388   389   390   391   392   393   394   395   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Qulluq işləri.
Kətanın əmtəəlik səpinləri üçün bir sıra aqrotexniki tədbirlər nəzərdə tutulur: 
vərdənələmə, malalama, alaqlar və zərərvericilərlə mübarizə, bütün bunlar konkret şərait nəzərə 
alınmaqla həyata keçirilir. 
Aqrotexniki tədbirlərlə yanaşı əkinlərə qulluq işlərindən mühümləri alaq otlarına, kətanın 
xəstəlik və zərərvericilərinə qarşı kimyəvi vasitələrin tətbiqidir. Ayrı-ayrı illərdə onların uzun lifli 
kətana vurduğu zərər 30%-ə çatır. 
Əkinlər ikievli birillik alaqlarla zibilləndikdə hektara 0,6-1,2 kq 80%-li 2M-4X herbisidi 
çilənir. Su sərfi 200-300 litrdir.
Yaxşı olar ki, kətan əkinlərinə herbisid çilənməsi bitkinin boyu 5 sm-dən 8 sm-ə qədər 
olduqda həyata keçirilsin. Bu dövrdə yarpaqlar gövdələrdə iti bucaq altında yerləşir və mum 
təbəqəsi ilə örtülü olur, herbisidin onlara təsiri daha gec çiləmə aparılmasına nisbətən nəzərə 
çarpacaq dərəcədə aşağı düşür. Aydın və quru hava şəraitində 15-17 
0
C temperaturda əkinlərin 
çilənməsi daha səmərəlidir. Sərin havada (12 
0
C) herbisid məhlulunun alaqların bədəninə daxil 
olması ləngiyir, ancaq, quru və isti havada güclənir, lakin bu zaman da kətanın soluxmasına səbəb 
olur. 
Əkinlərin hər hektarına 0,75 kq 2M-4X və 9 kq ammonium nitrat yaxud 13 kq ammonium 
karbonat qarışığının çilənməsi kətanın yaxşı boy atmasına və onun alaqlardan daha tam 
təmizlənməsinə səbəb olur. Herbisidin tək çilənməsinə nisbətən azotlu gübrələrlə qarışıq çilənməsi 
kətanın toxum məhsulunu 12-13%, lif çıxımını isə 12-27% artırır. Həmin qarışığa hektara 0,25 kq 
bor, 0,1 kq sink və molibden mikrogübrələrinin əlavə edilməsi məhsuldarlığa nəzərə çarpacaq 
dərəcədə təsir göstərir. Bu halda lif çıxımı hektardan 1,5-2,0 sentner və toxum məhsulu isə 1,3-1,5 
sentner artır ki, bu da bitkidə fotosintez prosesinin güclənməsi ilə əlaqədardır. Beləliklə kətanın 
bakterioz, fuzarioz, pas və digər xəstəliklərlə yoluxması nəzərə çarpacaq dərəcədə aşağı enir. 
Kətan əkən təsərrüfatlarda daha çox yayılmış ən qəddar alaq - sürünən ayrıqla mübarizə 
aparılmasına böyük əhəmiyyət verilir. Bu alaqla güclü sirayətlənmiş sahələrdə kətan lifinin məhsulu 
20-25% aşağı düşür. Bu alağı məhv etmək üçün 
natrium üçxlorasetat
tətbiq olunur. Preparat dənli 
taxıl bitkilərinin və çoxillik otlar layının üzlənməsindən sonra verilir. Qumsal torpaqlarda hektara 
təsir edici maddə hesabı ilə 20 kq, gillicəli torpaqlarda isə 30 kq natrium üçxlorasetat verilir.
Kətan əkinlərində böyük əhəmiyyət kəsb edən qulluq işlərindən biri də bitkilərin 
zərərvericilərdən, xüsusən hər yerdə yayılmış kətan birəsindən mühafizəsidir. Birəyə qarşı 
cücərtilərin alınmasına 1-2 gün qalmış kətan əkinləri aqreqatın 3-4 gedişi enində hektara 0,8 kq 
fosfamid preparatı (Bi-58 insektisidi) ilə işlənilir. Bu məqsəd üçün hektara 0,8 kq 80%-li xlorofos 
da tətbiq edilir.
Kətan birəsinin miqdarı quru və isti havada 1 m
2
-də 10-dan artıq və nəmişli havada 1 m
2
-də 
20-dan artıq fərd olarsa çiləmə ştanqlı ciləyicilərlə aparılır. Məhlul sərfi hektara 200-300 litrdir.


334 
Mənənələrlə mübarizə məqsədi ilə hektara 15-25 kq 12%-li QXQÜ dustu ilə cinaqşəkilli 
fazadan sonra tozlandırılır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin