338
Toxumluq çətənə əkinlərində birillik taxıllara və ikiləpəli alaqlara qarşı hektara 4 kq hesabı ilə
tillam
herbisidi tətbiq olunur.
Zərərvericilərə qarşı hektara 1,5-2,0 kq 80%-li xlorofos, 1,5 kq 20%-li metafos və digər
preparatlar çilənir.
Gövdə kəpənəklərinə qarşı bioloji mübarizə tədbiri zərərvericinin yumurta qoyduğu vaxtda
hektara 75-100 min ədəd trixoqramma buraxılmasıdır. Bundan əlaə vegetasiya müddətində
aqrotexniki mübarizə tədbirlərinə düzgün əməl edilməsidir. Eyni zamanda əkinlərin keçən ilki
sahələrdən 2 km aralıda yerləşdirilməsi zəruridir.
Çətənənin suvarılması hər bir bölgənin torpaq-iqlim şəraitinə uyğun olaraq aparılır. Birinci
suvarma bitkinin boyu 20-25 sm, ikinci çiçəkləmənin başlanğıcında, üçüncü isə toxum dolmağa
başladıqda həyata keçirilir. Suvarma norması hektara 1800-3500 m
3
-dir.
Dostları ilə paylaş: