Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə400/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   396   397   398   399   400   401   402   403   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
 


339 
FƏSİL 24. NARKOTİK BİTKİLƏR 
 
24.1. Tütün
 
Əhəmiyyəti, becərilməsi və məhsuldarlığı. 
Tütün bitkisi yarpaq almaq üçün becərilir ki, əldə 
edilmiş xammaldan papiros, siqar və qəlyan tütünü kimi istifadə edilir. 
Tütün yarpağında 1-3 % nikotin, 1 % efir yağı, 4-7 % qatran, 7-10 % zülal, 4-13 % sulu 
karbonlar və 13-15 % kül elementləri vardır. 
Tütünün vətəni Amerikadır. Avropaya gətirilməsi məşhur səyyah X. Kolumbun adı ilə 
bağlıdır. Avropaya 1518-ci ildə toxumları gətirilərək Lissabonda Kral bağında bəzək bitkisi kimi 
əkilmişdir. Tez bir zamanda Portuqaliya və İspaniyada geniş yayılmışdır. 1550-ci ildə 
Portuqaliyada fransız elçisi Jan-Niko öz sarayında tütün yetişdirməyə başladı və buradan Avropanın 
digər ölkələrinə yayıldı. 1560-cı ildə Jan-Niko tütünün yarpaqlarından rəngsiz maddə alaraq özünün 
şərəfinə nikotin adlandırıb. 
1828-ci ildə Passelt və Reyman tütün 
yarpağından təmiz halda nikotin almışlar. Onun 
formasını 1893-cü ildə Pinner təyin etmişdir. 
1924-cü ildə sovet alimi A. A. Şmuk tütünün 
kimyəvi tərkibini təyin etmişdir.
Rusiyada tütünçülüyün inkişafına 1883-
cü ildən başlanmışdır. 
Azərbaycanda tütün bitkisinin əkilib-
becərilməsinə XIX əsrin 80-ci illərindən 
başlanıb. İlk dəfə Balakən rayonunun dağətəyi 
hissəsində becərilməyə başlanmışdır. 
Hal-hazırda tütün dünyanın bir çox 
ölkələrində becərilir. Dünyanın 90-a yaxın 
ölkəsi sənaye əhəmiyyətli tütün istehsalı ilə 
məşğul olur. Yer kürəsində əkin sahəsi 5 mln. 
hektardan çoxdur. 7 milyon tondan çox məhsul 
istehsal olunur. Dünyada istehsal olunan tütün 
məhsulunun 60%-i Çin, ABŞ, Hindistan, Braziliyada, Yaponiya, Türkiyə, İtaliya, Yunanıstan, CAR 
və İndoneziyanın payına düşür. Məhsuldarlığı orta hesabla hektardan 15-20 sentnerə, qabaqcıl 
təsərrüfatlarda isə 30-35 sentnerə çatır. 
Azərbaycanda istehsal olunan tütünün 75%-ə qədəri Şəki-Zaqatala bölgəsində becərilir. Əkin 
sahəsi 1066 hektar, ümumi məhsul istehsalı 2485 ton və hektardan orta məhsuldarlıq (2008-ci il) 
23,3 sentner olmuşdur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   396   397   398   399   400   401   402   403   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin