340
Meyvəsi oval formalı, sivri yaxud küt nəhayətli, ikiyuvalı və çox toxumlu qozadır. Toxumları
xırda, tünd qəhvəyi rəngli, oval formalı, səthi torlu, mikropile hissəsi azacıq əyridir. Mütləq kütləsi
35-100 mq-dır.
Bioloji xüsusiyyətləri.
Tütün istilik sevən bitkidir, onun toxumu 10-12
0
C temperaturda
cücərməyə başlayır. Əlverişli temperatur 25-30
0
C-dir. 35
0
C-dən yuxarı temperaturda tütünün
inkişafı dayanır. Vegetasiya dövründə faydalı temperaturun cəmi 3200
0
C-dir. Cavan bitkilər -2-3
0
C-də məhv olurlar. Açıq sahələrdə şitil yetişdirmək üçün örtük (plyonka) altında 40-50 gün vaxt
lazımdır. Kök bağladığı dövrdə tütün bitkisi daha çox istilik tələb edir. Bu dövrdə istiliyin
normadan aşağı olması şitillərin boy atmasına mənfi təsir edir və tez xəstələnməsinə səbəb olur.
Payızın aşağı temperaturuna tütün yaxşı reaksiya göstərir.
Tütün üçün tarla rütubət tutumu 65-80%-dir. Nəmliyə daha çox tələbat şitilləri sahəyə
köçürdükdə və yarpaq əmələ gələrək inkişaf etdikdə başlayır və yarpaqların yetişməsi dövrünə
qədər davam edir. Sahəyə yeni köçürülmüş şitillər nəmlik çatışmadıqda zəifləyir yaxud tamamilə
məhv olurlar. Nəmlik çatışmadıqda bitkinin boy atması ləngiyir, yarpaqlar xırda və qalın olur,
çiçəkləməni gecikdirir, tez yetişir və məhsulun keyfiyyəti aşağı olur. Yarpaqların texniki yetişməsi
dövründə və dərim (yığım) başlandıqda su sərfi bir qədər çoxalır. Rütubət az olduqda yarpaqlarda
ətirli maddələrin miqdarı çoxalır. Nəmlik lap az olduqda yarpaqda zülal maddələri artdığına görə
onun ətirliliyi və çəkim keyfiyyəti aşağı düşür. Lazımi qədər nəmliyi olan torpağa əkilmiş bitki tez
kök atıb möhkəmləndikdən sonra gələcəkdə baş verən quraqlıq ona o qədər də təsir göstərmir,
əlverişli şərait yarandıqda öz inkişafını davam etdirir. Nəmlik artıq olduqda tütünün çəkimi boş olur
və ətri azalır. Nəmlik torpaqda uzun müddət davam etdikdə bitkilər islanıb çürüyür, göbələk
xəstəliklərinə tutulur və qidalanma rejimi pozulur. Transpirasiya əmsalı 500-600-ə qədərdir.
İşıqsevən bitkidir, işıq çatmadıqda inkişaf gecikir və məhsulun keyfiyyəti pisləşir.
Tütün üçın qranulometrik tərkibi yüngül, humusun miqdarı o qədər də çox olmayan strukturlu
torpaqlar yararlıdır.
Xlorlu, kalsium və natriumlu birləşmələr tütünün yanmasını zəiflədir. Tütünü ağır gillicəli və
şoran torpaqlarda becərmək məsləhət görülmür.
Tütünün becərilməsi iki dövrdə: 1-ci şitillərin ləklərdə, istixanalarda yetişdirilməsi, 2-ci
şitillərin tarlada (iyuldan) becərilməsi.
Şitillərin formalaşaraq 5-6 yarpaq əmələ gətirməsi 45-50 gün çəkir. Tarlaya köçürülən
şitillərin texniki yetişkənliyi 80-120 gün davam edir. Tarlaya köçürdükdən 10-15 gün sonra
şitillərin kökləri güclənməyə başlayır.
Dostları ilə paylaş: