Məhsul yığımı və qurutma. Yarpaqların yetişməsi eyni vaxtda baş vermir. Əvvəlcə ən yaşlı
yarpaqlar, sonra orta və nəhayət yuxarı yarpaqlar yetişir. Yarpaqlar əl ilə 2 ay ərzində 5-10 dəfəyə
dərilir. Hər dərəndə bir bitkidən 3-7 yarpaq yığılır. Yığılmış yarpaqlar qurudulma yerlərində
çeşidlənərək 5-6 metrlik iplərdən asılaraq qurudulur.
Qurudulmanın birinci mərhələsi yarpaqların tədricən saraldılmasıdır. Tədricən qurudulduqda
nişasta, zülal və xlorofil tədricən parçalanır, yarpaqların keyfiyyətinə mənfi təsir göstərən zülali
maddələr azalır, xlorofilin parçalanması nəticəsində yarpaqlar sarı rəng alır. Bu da ki, keyfiyyətli
məhsul alınmasında başlıca şərtdir.
İkinci proses saralmış yarpaqların qurudulması, sonra isə rəngin fiksasiyası və nəmləndirilib
kameranın boşaldılmasıdır. Bu iş 6-7 günə başa çatdırılır.
Yarpaqların saralması 32-35
0
C temperaturda 80-85% nisbi rütubətdə aparılır. Texniki
yetişkən yarpaqlar üçün bu müddət 36-48 saat (40-45
0
), yetişməmiş yarpaqlar üçün isə 60 saatdır.
Yarpağın zoğu və saplağı 50-55
0
C–də quruyur.
Yığımdan sonra bir partiyanın qurudulması müddəti 100-125 saat çəkir. Bu üsulla qurudulmuş
yarpaqların 95%-i 1-ci və 2-ci növ olur. Yarpağın nəmliyi 19 %-dən yuxarı olmamalıdır.
24.2. Tənbəki Tənbəki (maxorka) xırdalanaraq çəkmək (doğranma), çeynəmək və iyləmək materialı almaq
üçün becərilir. Bu bitkinin quru yarpaqlarında 5-15% nikotin və 15-20% üzvi turşular, o cümlədən
10% və daha çox limon turşusu vardır. Tənbəkinin budaqlarında göstərilən maddələrin miqdarı bir
qədər azdır. Tənbəki xammalının əhəmiyyətli hissəsi nikotin turşusu (PP vitamini) və limon turşusu
alınması üçün sərf olunur. Tənbəki toxumundan boyaq, lak və sabun istehsalında tətbiq edilən, piyli
yağ (35-40%) alınır.
Botaniki təsviri. Tənbəki (
Nicotiana rustica L. )
badımcançiçəklilər fəsiləsinin (Solanaceac)
birillik bitkisidir.
Tənbəkinin kökü güclü inkişaf etmiş, milşəkillidir torpağın 1,5 m-ə qədər dərinliyinə işləyir.
Əsas kök kütləsi 30-40 sm dərinlikdə yerləşir. Gövdəsi dikdayanan, qabırğalı, içərisi yumşaq
özəklə dolu, hündürlüyü 1,2 metrə yaxındır.
Yarpaqları iri ayalı və saplaqlıdır. Yarpaq ayası 10-30 sm uzunluğunda ürəkşəkilli yaxud
yumurtavaridir, səthi qırış-qırış, açıq-yaşıl yaxud sarımtıl-yaşıl rənglidir. Bir bitkinin gövdəsində
12-20 ədədə qədər yarpaq əmələ gəlir. Gövdə və yarpaqları güclü spesifik qoxu verən qısa başcıqlı
tükcüklərlə örtülüdür.
Çiçəkləri nisbətən iri, sıx və yığcam süpürgədə toplanır. Çiçəyinin tacı badə formalı yaşıl
yaxud sarımtıl-yaşıl rəngli ikcinslidir. Öz-özünü tozlayan bitkidir. Həşəratlar vasitəsi ilə çarpaz
tozlanma da gedir. Meyvəsi 0,7-1,6 sm uzunluğunda, ellipsvari və yumurtavarı, yarımkürə formalı
qozadır. Toxumları darçını-sarı rəngli xırdadır. 1000 ədəd toxumun kütləsi 2,5-5,0 qramdır.