53
Bölgənin aqroiqlim göstəricilərinə əsaslanaraq biologiyanın tələblərinə görə konkret ekoloji
şəraitə uyğun olan becərilən bitkinin növü və sortu müəyyən edilir.
Bitkinin və sortun seçimi
zamanı əsas meyarlar tənzimlənməyən amillərdir (şaxtasız dövrün uzunluğu, müsbət
temperaturların cəmi, qar örtüyünün qalınlığı və torpağın
donma dərinliyi, yağıntıların cəmi və
onların vegetasiya ərzində paylanması).
Podzol və çimli-podzol torpaqlar zonasında bitkiləri becərərkən yüksək məhsul götürmək
üçün texnoloji üsullar sistemi işləyən zaman torpağın əhənglənməsini, bitkilərin bioloji tələbatlarına
uyğun, pH
duz
mühitin optimal reaksiyasının aşağı həddinə çatdırmağı nəzərdə tutmaq lazımdır. Bu
zonanın torpaqları humusun zəifliyi və qeyri-qənaətbəxş fiziki xassələrlə xarakterizə olunur. Onları
yaxşılaşdırmaq üçün üzvi gübrələrin verilməsini yaxud siderat bitkilərin becərilməsini qabaqcadan
nəzərə almaq lazımdır. Məhsulun səviyyəsi çox vaxt tarlanın artıq zibillənməsi, xəstəliklərin inkişaf
etməsi və zərərvericilərin çoxalmasının yüksək zərərli həddi ilə nizamlanır. Planlaşdırılmış
məhsulun səviyyəsinin müəyyən edilməsi üçün müvafiq pestisidlərin istifadəsi və onların tətbiqinin
mümkünlüyünə riayət etməsidir. Tez yetişən sortların potensial məhsuldarlığı qısa vegetasiya
dövründə, temperatur rejiminin nisbətən aşağı gərginliyi sayəsində reallaşdırıla bilər. Nəhayət,
torpağın münbitliyini nəzərə almaqla mineral gübrə normasını, onların
verilmə müddətləri və
üsullarının müəyyən edilməsi lazımdır.
Nə qədər ki, hər bir limitlənmiş amillərin optimallaşdırılması böyük enerji və maliyyə xərcləri
tələb edir, onda planlaşdırılmış məhsulun səviyyəsi yəqin ki, bu amillərin optimallaşdırılması
zamanı mövcud real ehtiyatların mümkün olmasıdır. Real imkanları hesaba almadan planlaşdırılmış
məhsulun şişirdilməsi səmərəsiz xərclərə gətirib çıxarır, planlaşdırılmış məhsul əldə edilmir.
Məsələn, pH
duz
– 4,5 turş torpaqlarda 1 hektardan 40 sentner arpa dəni məhsulu alınması
planlaşdırılmışdır, zəruri miqdarda baha qiymətli mineral gübrələr verilmişdir, lakin hektardan 16
sentner dən məhsulu alınmışdır. Turş torpaqlarda gübrələrdən qida elementlərinin istifadə əmsalı
minimum olmuşdur, verilmiş gübrə istifadəsiz qalmışdır.
Bundan başqa, bir çox vacib mühit amilləri nə qədər ki, tənzimlənməmiş qalır (müvəqqəti
quraqlıqlar, yağıntıların hədsiz düşməsi, dolular, gecikmiş yaxud erkən şaxtalar), o vaxt hətta bütün
tənzimlənən amillərin optimallaşdırılması zamanı hər il yüksək məhsul əldə etmək qeyri
mümkün
olur. Müxtəlif bölgələrdə risk payı müxtəlifdir. Risk payı il ərzində kəskin nəmlik çatışmaması
yaxud nəmişliyin artıq olması faizi bütünlüklə erkən payız və yazın axırlarındakı şaxtalarla,
məhvedici dolularla təyin olunur. Riskin payını müəyyən etməyə bölgənin meteoroloji stansiyasının
çoxillik müşahidələrinin nəticələri köməklik edir. İlin əlverişsiz meteoroloji şəraiti nə qədər
çoxdursa, maksimum yüksək məhsul alınmamasında risk payı o qədər yüksəkdir. Planlaşdırılmış
məhsul nə qədər yüksəkdirsə su rejiminin qeyri təbii qaydaya salınması, onun alınması
mümkünlüyü o qədər azdır.
Nəticə etibarı ilə, planlaşdırılmış məhsulun səviyyəsini müəyyən etmək lazımdır,
bölgənin
iqlim şəraitindən asılı olaraq, torpağın aqrofiziki və aqrokimyəvi xassəsi və tənzimlənən amillərin
limitlənməsinin optimallaşdırılması mümkündür.
Dostları ilə paylaş: