Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə51/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   47   48   49   50   51   52   53   54   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji təmiz məhsul – 
istehsal olunan bitkinin bioloji xüsusiyyətlərinə uyğun təbii kimyəvi 
tərkibli məhsul deməkdir. Bitkiçiliyin intensivləşdirilməsi, maksimum miqdar məhsulun əldə 
edilməsi cəhdi zərərverici, xəstəlik və alaq otlarına qarşı kimyəvi mühafizə vasitələrinin, eləcə də 
mineral gübrələrin yüksək normalarının geniş istifadəsinə səbəb olur. Bir çox pestisidlər gec 
parçalanır və torpaqda toplanır, bitkilərə daxil olduqda kumilyativ xüsusiyyətlərə malikdir, nəticə 
etibarı ilə bioloji təhlükəli məhsulun əldə edilməsinə səbəb olurlar. Azot gübrələrinin yüksək 
normalarının torpağa verilməsi nəticəsində bitkilərdə toplanan nitratların artıq miqdarı insan və 
heyvan orqanizminə böyük ziyan vurur. Bəzi mineral gübrələrlə birgə torpağa ağır metallar daxil 
olur. İnkişaf etmiş bitkiçilik sahəsinə malik ölkələrdə geniş surətdə pestisidlərin və yüksək 
normalarda mineral gübrələrin istifadəsi nəticəsində əksər hallarda əldə olunan məhsullar sanitar 
normaların tələblərinə cavab vermir. Məhz buna görə də ekoloji təmiz məhsul istehsalına böyük 
zərurət yaranmışdır. Bununla əlaqədar olaraq zərərli birləşmələrdən azad məhsulların 
yetişdirilməsini nəzərdə tutan ekoloji kənd təsərrüfatı meydana gəlmişdir. 
Lakin hansı üsullarla ekoloji çirklənmənin müasir şəraitində radionukleidlərdən, ağır 
metallardan, nitratlardan, herbisidlərdən, funqisidlərdən, bakterisidlərdən, insektisidlərdən, 
akarasidlərdən, zoosidlərdən və digər zəhərli maddələrdən azad ekoloji təmiz məhsulu yetişdirmək 
olar? 
Radionukleidlərdən azad bitkiçilik məhsullarının istehsalı. 
Atom elektrik stansiyalarında 
qəzalarla bağlı, nüvə silahının sınaqları nəticəsində böyük ərazilər radionukleidlərlə çirklənmiş olur. 
Çirklənmə dərəcəsi qəza yerindən uzaqlaşdıqca azalır. Radionukleidlərin ərazi üzrə paylanması bir 
qayda olaraq özündə radioçirklənmiş tozu daşıyan hava kütlələrinin yerdəyişməsi ilə baş verir. 
Bununla əlaqədar olaraq ayrı-ayrı tarlalara düşmüş radionukleidlərin miqdarı hətta bir təsərrüfatda 
da belə onlarla və yüz dəfələrlə fərqlənə bilər. 
Təcrübi yolla müəyyən edilmişdir ki, torpağın radioçirklənməsi 5 Ki/km
2
şüalanmaya (
küri 
ölçü vahidi
) qədər bitkilərə və heyvanlara əhəmiyyətli dərəcədə təsir göstərmir və belə torpaqlarda 
bitkiçilik və heyvandarlıqla məşğul olmaq olar (cədvəl 12). Torpaqların radionukleidlərlə daha 
güclü çirklənməsi əlavə tədbirləri tələb edir, yüksək çirklənmə fonunda isə qida məhsulları və 
yemlərin istehsalı istisna olunur. 
İonlaşdırıcı şüalanmanın orqanizmə təsir mexanizmi aşağıdakı xüsusiyyətlərlə müəyyən edilir: 
- udulmuş enerjinin yüksək effektliliyi ilə; şüalanmanın udulmuş enerjisinin kiçik dozaları 
orqanizmdə dərin bioloji dəyişikliklər doğura bilər; 
- ionlaşdırıcı şüalanmanın təsirinin gizli yaxud inkubasiya dövrünün mövcudluğunun özünü 
büruzə verməsi. Bu dövrü çox hallarda yalançı əminamanlıq dövrü adlandırırlar. Onun uzunluğunun 
müddəti şüalanmanın yüksək dozalarında ixtisar olunur
- kumulyativ effektlə – kiçik dozaların təsiri cəmlənə və ya toplana bilər; 


55 
- genetik effektlə - şüalanma yalnız bu orqanizmə deyil, həm də onun gələcək nəslinə də təsir 
göstərir; 
- canlı orqanizmin müxtəlif orqanlarının şüalanmaya qarşı müxtəlif həssaslıqları ilə; 
- bütövlükdə şüalanmaya qeyri-bərabər münasibət göstərməklə; 
- sıxlıqla – yüksək dozada birdəfəlik şüalanma fraksion şüalanmadan fərqli olaraq daha dərin 
mənfi təsirlər doğurur. 
Cədvəl 12 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin