57
radionuklidlərlə yeni ərazilər çirklənə bilər. Bu vəziyyətdən peyini böyük ərazilərdə kiçik
normalarla paylamaqla (radiasiya fonunu əhəmiyyətli dərəcədə artırmamaq naminə),
və ya xüsusi
anbarlarda saxlamaqla, yaxud da digər təkrar işlənmə üsulu ilə çıxmaq olar. Bütün bu tədbirlər üçün
əhəmiyyətli sərflər tələb olunur.
İkinci
təşkilati üsul – heyvanların gətirilmə təmiz yemlərlə yemləndirilməsindən ibarətdir.
Peyinlə birinci üsulda olduğu kimi rəftar edirlər. Üsulun çatışmamazlığı – digər regionlardan yemin
daşınmasına çəkilən yüksək xərclər.
Turş torpaqlar zonasında (pH
qəl
3,8-4,8) güclü çirklənmiş sahələrdə (radionuklidlərin miqdarı
15-40 Kü/km
2
) bitkilərə radionuklidlərin daxil olmasını azaltmaq üçün, yəni yemləri daha təmiz
etmək üçün, ilk növbədə torpaqda kalsiumun konsentrasiyasını (qatılığını) artırmaqla (yəni pH
qəl
6,5-6,8-ə qədər çatdırıldıqda) mümkün olar. Bunun üçün payızda dərin kultivasiyadan sonra
əhəngləmə (nəzərə almaq lazımdır ki, torpağa hər 1
ton CaCO
3
verildikdə pH
qəl
orta hesabla 0,1
vahid qədər dəyişir) aparmaq tövsiyə olunur. Əgər pH
qəl
4-ə bərabər torpağı 6,5-ə çatdırmaq
lazımdırsa, onda 1 ha sahəyə 25 ton CaCO
3
verilməlidir. Nəzərə alsaq ki, əhəng materiallarının
tərkibində qarışıqlar və müəyyən miqdarda su olur, onda düzəliş əmsallarından istifadə etmək
lazımdır.
Kalsium stronsiumun antaqonisti hesab olunur və onun torpaqda yüksək miqdarı stronsiumun
bitkilərə daxil olmasını məhdudlaşdıracaq, daha təmiz məhsulun əldə olunmasını təmin edəcək.
Seziumun antaqonisti – kaliumun kationudur. Torpaqda K
2
O miqdarının 5-6-dan 14-16
mq/100q-a qədər artırdıqda sezium-137-nin bitkilərə daxil olması 8-10 dəfə azalır. Mübadilə olunan
kaliumun torpaqda miqdarını 1 mq/100q artırmaq üçün hər 1 hektar sahəyə 60 kq K
2
O vermək
lazımdır, deməli kaliumun torpaqda miqdarının 8-10 mq/100 qr-a çatdırmaq üçün iki dəfəyə (2 il
ərzində) hər hektara 480-600 kq K
2
O və ya 0,8-1,0 ton 60%-li kalium xlor verilməlidir.
Beləliklə, radionuklidlərlə çirklənmiş torpaqlarda tərkibi radionuklidlərin
yol verilən
səviyyələrindən aşağı miqdarlarda praktiki olaraq təmiz bitkiçilik məhsulları əldə etmək
mümkündür.
Torpağa orta və yüksək normalarda azot gübrələrinin verilməsi sezium və stronsiumun
kationlarının udulmasına yardım edir. Azot gübrələrindən istifadə etmədən (əgər torpaq yaxşı
əhənglənmişdirsə və kaliumla yüksək dərəcədə təmin olunmuşdursa) paxlalı bitkilərin hesabına
yüksək yem məhsulu əldə etmək olar. Bu halda torpaqda fosforun miqdarının konkret bitki növünün
optimal təmin olunmasının aşağı hüduduna qədər qaldırmaq lazımdır. Paxlalı bitkilərin əksəriyyəti
üçün fosforla optimal təmin olunma həddi torpaqda P
2
O
5
12-14 mq/100 qr. hesab olunur. Torpaqda
mütəhərrik fosforun (1 mq/100qr.) artması üçün torpağın qranulomtrik tərkibindən və humusun
miqdarından asılı olaraq hektara 60-100 kq P
2
O
5
verilməsi tələb olunur.
Paxlalıları müvəffəqiyyətlə becərmək və azotun fəal təsbit olunması (simbioz) üçün torpaqda
pH-nın kəskin dəyişməsi zamanı, torpağın fosfor və kaliumla təminatında mikrogübrə,
birinci
növbədə bor bəzi hallarda molibden tətbiq etmək lazımdır. Bor gübrəsi torpağa borlaşdırılmış
superfosfat yaxud digər formada, hektara 2-3 kq bor hesabı ilə verilir. Molibden zəruri hallarda
səpinqabağı toxumların işlənməsi zamanı tətbiq olunur. Torpaqda molibdenin yüksək miqdarda,
yaxud molibden gübrəsinin yüksək norması təkcə fır bakteriyalarının deyil, bitkilərin inkişafını da
ləngidir (boğur).
Paxlalıları belə torpaqlarda becərən zaman toxumların səpinqabağı fır bakteriyalarının spesifik,
virulent və fəal ştamları ilə yoluxdurulması vacibdir.
Elmi müəssisələrin müxtəlif ekoloji zonalarda apardığı tədqiqatlarla biosfer ekosisteminə
radioaktiv çirklənmənin mənfi təsirinin azaldılması üsulları işlənib hazırlanmışdır. Torpağın fiziki-
kimyəvi xassələri, ayrı-ayrı becərilən bitkilərin bioloji xüsusiyyətləri nəzərə alınmaqla
hər bir
təsərrüfat üçün bitkiçilik məhsullarına radionuklidlərin daxil olmasını azaldan kompleks tədbirlər
sistemi işlənib hazırlanmalıdır.
Radionuklidlərlə çirklənmiş torpaqlarda ekoloji təmiz məhsulun əldə edilməsi texnologiyası
modelinə daxildir: ərazinin müayinə edilməsi və məhsulda radionuklidlərin miqdarının
proqnozlaşdırılması; əkin ərazilərinin çirklənmə sıxlığı üzrə inventarlaşması və kartoqramların
tərtibi; çirklənmə kartoqramlarının torpaq məhlulu reaksiyası, mübadiləvi kalium və kalsium
kartoqramları ilə tutuşdurulması.
58
Radionuklidlərin miqdarının azaldılması üçün şum qatında layın çevrilməsi ilə dərin şum
aparırlar. Otlaq və çəmənlərdə də layın çevrilməsi ilə əsaslı yaxşılaşdırma təcrübəsi tətbiq edilir.
Çirklənmə kartoqramına uyğun olaraq müxtəlif istifadə təyinatı (yəni yem, toxum, ərzaq və texniki
emal məqsədilə becərilənlər) üzrə bitkilərin yerini müəyyən edirlər.
Əgər əvvəlki illərdə şum aparılmışdırsa radionuklidləri üst qata qaldırmamaq üçün sonrakı
illərdə laydırsız şum və ya minimal becərmələr aparmaq daha məqsədəuyğundur. Əkin və məhsul
yığımı zamanı kombinə edilmiş aqreqatlardan istifadə etmək lazımdır.
Beləliklə, konkret təsərrüfatda, tarlada radiasiya vəziyyətini bilərək,
hətta radionuklidlərlə
çirklənmiş torpaqlarda belə radionuklidlərin bitkilərə daxil olmasını azaldan bitki və sort seçimi,
xüsusi tədbirlərin yerinə yetirilməsi vasitəsilə tərkibində radionuklidlərində miqdarı yol verilən
səviyyədən aşağı bioloji təhlükəsiz bitkiçilik və heyvandarlıq məhsulları əldə etmək mümkündür.
Dostları ilə paylaş: