Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Kənd təsərrüfatı heyvanlarının yemləri və kombinə edilmiş yemlər üçün xammalda nitrat



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə57/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   53   54   55   56   57   58   59   60   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Kənd təsərrüfatı heyvanlarının yemləri və kombinə edilmiş yemlər üçün xammalda nitrat 
və nitritlərin müvəqqəti yol verilən səviyyəsi 
Xammal və yem
Xam məhsulda müvəqqəti yol verilən 
səviyyə, mq/kq
Nitratlar NO

görə 
Nitritlər NO

görə 
İri buynuzlu mal-qara, donuz və quşlar üçün kombinə edilmiş 
yemlər 
500 
10 
Dənli yem və dən emalı məhsulları 
300 
10 
Jmıx, cecə 
200 
10 
Heyvan mənşəli xammal (sümük unu, balıq unu, quru süd) 
250 
10 
Yem mayası, hidrolitik (zülallı-vitaminli konsentratlar) 
300 
10 
Mət (melassa) 
1500 
10 
Quru çuğundur cecəsi 
800 
10 
Qaba yem 
1000 
10 
Yaşıl yem 
500 
10 
Silos (senaj) 
500 
10 
Yem çuğunduru 
2000 
10 
Kartof 
300 
10 
Yerkökü
450 
10 
Belə qabiliyyətə ilk növbədə paxlalilar fəsiləsinə aid bitkilər malikdirlər. Lakin müəyyən 
şərtlərə riayət edilməklə digər tarla bitkiləri də simbiotik təsbit olunmuş azotu istifadə edə bilərlər 
və artıq nitratlardan azad məhsul verə bilərlər. 
Bitkilərin mineral azotla qidalanmasından təsbit edilmiş bioloji azotla qidalanmasına keçid 
üçün nə tələb olunur? Artıq nitratlardan azad kənd təsərrüfatı bitkilərinin yüksək məhsullarını 
necə əldə etmək olar? İnsan və heyvan orqanizminə azot oksidinin artıq miqdarda daxil olmasını 
necə istisna etmək olar?
Bitkilərdə nitratların miqdarının azalmasına paxlalı və digər bitkilər tərəfindən bioloji azotun 
istifadəsi hesabına mümkündür. Bunun üçün paxlalı - rizobial simbiozun səmərəliliyinin kəskin 
surətdə aktivləşdirmək, simbiotik sistemlər üçün mühitin əsas amillərinin optimal parametrlərini 
təmin etmək lazımdır.
Birincisi,
hava azotunun bioloji yolla daha çox təsbit olunmasını təmin edən, bir-birini 
tamamlayan simbiotik sistem yaratmaq lazımdır: hər bir bitki növü və sortu üçün fır bakteriyasının 
müvafiq növ və ştamı seçilməlidir.
İkincisi,
torpağın məlum reaksiyasını təmin edən, torpaq məhlulunun optimal reaksiyası 
parametrini bitkinin biologiyasına, yaxud simbiotik sistemin tələbatına müvafiq olaraq mühafizə 
etməkdir.
Üçüncüsü,
müvəqqəti nəmliyin çatışmamasına nisbətən yol verilə bilən, simbiotik sistemi 
seçmək (dənli-paxlalı bitkilər üçün – toxum yetişən dövrdə, ancaq çoxillik paxlalı otlar üçün – 
bütün vegetasiya müddətində) yaxud torpağın optimal nəmliyini təmin etmək lazımdır. Bu zaman 
onların məhsuldarlığı aşağı olacaq.
Dördüncüsü,
məlum simbiotik sistem üçün torpaqda mütəhərrik fosfor və mübadiləvi kaliumun 
miqdarı bu elementlərlə optimal təmin olunmanın aşağı həddini ötüb keçməlidir. Əgər torpaqda bu 
elementlər çatışmırsa, onda mineral gübrələrin verilməsi vasitəsilə onların səviyyəsi yüksəldilir.
Beşincisi,
torpaqda mütəhərrik bor və molibdenin miqdarı orta dərəcədə təminatdan aşağı 
olmamalıdır. Bu elementlərin miqdarı aşağı olan zaman bor və molibden gübrələri bitki üçün 
müəyyən edilmiş normada tətbiq olunmalıdır. 
Bəzi torpaqlarda sink, dəmir və kobaltın çatışmazlığı ilə simbioz limitləşə (hədd) bilər. Bu 
elementlərin miqdarına görə torpaqlarda aparılan kimyəvi analizlərin nəticələrinə əsasən 
mikrogübrələrin istifadəsinin məqsədəuyğunluğu barədə qərar verilir. 
Torpağın kimyəvi tərkibi və konkret bitkinin bioloji tələblərindən irəli gələrək bitkinin və 
növbəli əkinin gübrələnməsi sistemi işlənib hazırlanır. 


62 
Altıncısı,
azotun simbiotik yolla təsbit olunması aerob prosesdir. 1 m
3
təsbit olunan hava 
azotuna 3 sm
3
oksigen sərf olunur. Nəticə etibarı ilə, torpaq yumşaq olmalıdır yaxud onu optimal 
sıxlıq həddində saxlamaq lazımdır.
Simbiozun aktivliyini fotosintezi pisləşdirən amillər (tarla bitkilərinin zərərverici, xəstəlik və 
alaq otları, aqrotexniki qaydaların keyfiyyətsiz yerinə yetirilməsi) aşağı salır. Toxumların səpin 
keyfiyyəti, əkin qabağı torpaq becərmələrinin keyfiyyəti, səpin müddətləri, üsulları və normaları, 
bitkilərə vaxtında və keyfiyyətli qulluq işləri də mühüm əhəmiyyət kəsb edir. 
Beləliklə, hava azotunun simbiotik yolla maksimum bioloji təsbit olunması üçün bütün 
aqrotexniki tədbirlər vaxtında və keyfiyyətli yerinə yetirilməli və əsas mühit amillərinin optimal 
parametrlərini təşkil etmək (yaratmaq) lazımdır. 
Azot balansında bioloji azotun payının artırılması üçün əhəmiyyətli dərəcədə paxlalı bitkilərin 
payını artırmaqla əkin sahələrinin strukturunu dəyişdirmək vacibdir. Lakin paxlalıların eyni sahəyə 
aramsız qaytarılması zamanı bu bitkilərin spesifik zərərverici və xəstəliklərinin artması, torpağın 
yorğunluğu təhlükəsi yaranır ki, nəticədə azotun simbiotik təsbit olunması aktivliyi, məhsul və onun 
keyfiyyəti aşağı düşür. 
Ümdə vəzifə konkret ekoloji şərait və konkret növbəli əkin üçün torpağın paxlalılardan 
yorğunluğu aradan qaldıran, paxlalı bitkilərin xəstəliklərini dəf edən bitkilərin seçilməsidir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin