Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Ekoloji və aqrotexniki şəraitdə yüksək keyfiyyətli toxum yetişdirilməsi



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə67/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   63   64   65   66   67   68   69   70   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Ekoloji və aqrotexniki şəraitdə yüksək keyfiyyətli toxum yetişdirilməsi.
Hələ 
toxumçuluğun planlı surətdə öyrənilməsinin başlanğıcında N. İ. Vavilov, P. N. Konstantinov, N. N. 
Kuleşov əlverişli torpaq-iqlim şəraiti olan bölgələrdə yüksək məhsuldarlıq xassəsinə malik toxum 
becərmək üçün dənli bitkilərin toxumçuluğunun təşkilini təklif etmişlər. 


79 
Cədvəl 28 
Payızlıq buğdada toxum əmələ gəlmə 
Dənmeyvələrin 
əmələ gəlmə 
mərhələsi 
Dənmeyvələrin 
inkişaf fazaları 
Yetişmə dövrı 
Dənin 
nəmliyi, 
%-lə 
Əlamətləri
Fazaların və 
dövrlərin 
davametmə 
müddəti, gün 
dən 
budaqlar və yarpaqlar 
Formalaşma 
Maye-həlməşik 
vəziyyət

80-65 
Yaşıl, cılız. Endosperm başlanğıcda 
həlməşik, fazanın sonunda sulu 
Yaşıl
10-12 
Dənədolma 
Südəoxşar hal
Xəmirəoxşar hal 


65-30 
50-40 
Yaşıl, uzununa dolu, endosperm 
durutəhər süd 
İri, parlaq, kürəyi saralmış, 
endospermi xəmirəoxşar. Sıxan zaman 
dənin qılafı partlayır, endosperm əzilir 
Yaşıl, aşağı yarpaqlar saralır 
Saralmış, yuxarı yaşıl rəng 
yarpaqlarda, gövdənin buğumlarında 
və sünbülcük pulcuqlarında qalır
8-10 
4-8 
Yetişmə
Mum yetişkənlik
Tam yetişkənlik
Mum yetişkənlik 
fazasının başlanğıcı 
Mum yetişkənlik 
fazasının ortası 
Mum yetişkənlik 
fazasının sonu 
Tam yetişkənliyin 
başlanğıcı 
Tam yetişkənlik 
40-36 
35-25 
24-21 
20-18 
17 və 
daha az 
Sarı, endosperm mumvarı, əzilmir, 
dırnaqla kəsilir, kürəcik kimi 
yumrulanan 
Sarı, endosperm unlu yaxud 
şüşəvarıdır, dırnaqla kəsilir 
Dırnaqla kəsilmir, lakin dəndə izi qalır 
Möhkəmdir, ölçüsü, rəngi və forması 
sort görə xarakterikdir 
Çox möhkəm, döyüm zamanı travma 
alma 
Sarı yarpaqlar məhv olur, budaqları 
elastiki, dən sünbüldən tökülmür 
«---------------» 
«---------------» 
Samanı-sarı rəngli gövdəsi qırılmır, 
dəni tökülmür 
Sünbülü kövrəkdir, sünbülü 
qırılandır, dəni asan tökülür 
9-13 
2-3 
1-2 
1-2 
5-6 


Yağışların səbəbindən, yüksək bitki sıxlığından, azotla bol (artıq) qidalanmadan, bitkinin 
yatması sayəsində toxumun məhsuldarlıq xassəsi və səpin keyfiyyəti əhəmiyyətli dərəcədə pisləşir. 
Yatma zamanı assimilyasiya aparatının böyük hissəsi kölgələnir, fotosintezin təmiz məhsuldarlığı 
və generativ orqanlara plastik kütlənin daxil olması aşağı enir, dişəkimilərin dənmeyvələri yerinə 
yetirilməmiş qalır, zəif, səpin keyfiyyəti aşağı olan toxum formalaşır, məhsuldarlıq aşağı düşür, 
yığım zamanı itki artır. Taxılların yatmasına qarşı retardantlardan (boy tənzimləyicilər) istifadə 
edilir.
Bitki yüksək məhsul və keyfiyyətli toxumu yalnız əlverişli becərmə şəraitində formalaşdırır, 
ona görə də toxumçuluq növbəli əkinlərində (sələflər, səpin müddəti və üsulu, səpin norması, 
gübrələmə sistemi, zərərvericilər və xəstəliklərdən bitkilərin mühafizəsi sistemi, yığım müddəti və 
üsulu) toxum becərən zaman hər bir aqrotexniki tədbirin rolu böyükdür. Lakin yüksək məhsul 
zamanı çox məhsuldar xassəli toxumun formalaşması həmişə olmur. Toxumun səpin xüsusiyyətində 
bunu nəzərə almaqla N. M. Makruşin məhsulu dörd tipə ayırır: yüksək səpin xassələrinə malik olan 
toxumlardan yüksək məhsul; aşağı səpin xassələrinə malik olan toxumlardan yüksək məhsul; 
yüksək səpin xassələrinə malik olan toxumlardan aşağı məhsul; aşağı səpin xassələrinə malik olan 
toxumlardan aşağı məhsul. Onlardan hər biri müəyyən torpaq-iqlim və aqrotexniki şəraitdə 
formalaşır. Bu və yaxud digər aqrotexniki üsul və mühit şəraiti məhsul və toxumun məhsuldarlıq 
xassəsi müxtəlif təsirlərlə əlaqəlidir. Aqrotexnikanın məhsula birbaşa müsbət təsiri bir qayda olaraq 
onun toxumun məhsuldarlıq xassəsinə nisbətən yüksəkdir, onların səpini zamanı birinci nəslin 
məhsuldarlığı aşkar olur. Məhsul bir hektardakı bitkinin sayından və hər bir bitkinin 
məhsuldarlığından asılıdır, lakin toxumun məhsuldarlıq xassəsi toxumun bir sıra əlamətləri ilə 
müəyyən edilir: onların böyüklüyü, hamarlığı və ağır kütləsi, cücərmə enerjisi, cücərmə qabiliyyəti 
və boy atmanın başlanğıc gücü, zülalın miqdarı, xəstəliklərə davamlılığı.
Toxumun keyfiyyətinə 
sələflər
böyük təsir göstərir. Onların növlər və sortlarla zibillənməsini 
mümkün qədər kənar etməklə toxumluq əkinləri sələflərdən sonra yerləşdirmək lazımdır. 
Toxumçuluq növbəli əkinlərində payızlıq bitkilər üçün ən yaxşı sələflər – təmiz və məşğullu 
heriklər, dənli paxlalılar, çoxillik paxlalı otlar; yazlıq bitkilər üçün – dənli paxlalılar və cərgəarası 
şumlanan bitkilər, birillik və çoxillik otlar, quraqlıq rayonlarda – qara herikdir. 
Sıxlıq, məhsuldar gövdələrin miqdarı, toxumun böyüklüyü və sıx bitmə səpin 
üsulundan
və 
səpin 
normasından
asılıdır. Səpin normasının artması üzündən (müəyyən həddə qədər) sıx bitmə və 
bir bitkinin səmərəliliyi aşağı enir, ancaq 1000 ədəd dənin kütləsi və məhsuldarlıq artır. Bu halda 
dən məhsuldarlığı əsasən əsas budaqların hesabına formalaşır, lakin toxum böyük hamarlıqla 
fərqlənir. Seyrək və enli cərgəli əkinlərdə kollanma güclənir, ikinci və üçüncü sıra budaqlar yaranır 
ki, bunlar məhsuldarlığına görə əsas gövdələrdən geri qalır, müxtəlif keyfiyyətli toxumlar çoxalır. 
Ancaq bir bitkinin ümumi məhsuldarlığı yüksəlir.
Əkinlərin sıxlıq həddi maksimum məhsulun formalaşmasına nisbətən toxumların tamqiymətli 
formalaşması üçün daha tez başlayır. Toxumluq əkinlərin tədqiqatlarında daha yaxşı səpin və
keyfiyyətli toxum məhsulu adi cərgəvi səpin zamanı bir qədər aşağı (10-15%) yaxud ona yaxın 
səpin normasından alınır, bölgədə sort üçün əmtəəlik əkinlər müəyyən edilir. Defisit sortların 
toxumlarının çoxalma əmsalını artırmaq üçün gen cərgəli əkinlər tətbiq edilir. 
Səpin müddəti 
toxumun keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Səpin müddəti tarla 
bitkilərinin bioloji xüsusiyyətləri, sortlar və hər bir bölgənin ekoloji amilləri nəzərə alınmaqla 
müəyyən edilir. Payızlıq taxılları onların payızda böyümələri və qışlamaya hazırlıqları üçün 4-6 
ədəd kol əmələ gətirmələri nəzərə alınmalıdır; erkən yazlıq bitkilər üçün torpağın fiziki yetişkənliyi 
başladıqda səpinin aparılması mümkündür. Gec yetişən bitkilər – torpağın üst təbəqəsində optimal 
temperatur yarandıqda və soyuqların qayıtması təhlükəsi sovuşduqda səpilməlidir.
Bitkilərin zərərvericilər və xəstəliklərə davamlılığı səpin müddətindən asılıdır: zərərli 
orqanizmlərdən daha çox payızlıq bitkilərin erkən əkinləri, yazlıqlarda isə gecikmiş əkinlər əziyyət 
çəkir.
Gübrələmə
toxum məhsulu və onun keyfiyyətinə güclü təsir göstərir. Azot, fosfor və kaliumun 
tarazlaşdırılmış mütəhərrik formaları toxumluq əkinlər üçün xüsusən mühümdür. Azotla qidalanma 


81 
bol olan zaman sıx bitmə, keyfiyyətləri müxtəlif olan toxumlar artır, böyümənin başlanğıc gücü və 
1000 ədəd toxumun kütləsi, toxumun xəstəliklərlə zədələnməyə davamlılığı aşağı enir.
Səpin keyfiyyətinə görə ən yaxşı toxumlar mübadiləvi kalium və mütəhərrik fosforla orta və 
yüksək dərəcədə təmin olunma zamanı alınır.
Toxumluq əkinlərin 
yığım müddəti və üsulu
toxumun səpin keyfiyyətinə əhəmiyyətli dərəcədə 
təsir göstərir. Toxumluq əkinləri qısa müddətdə 6-8 günə yığmaq lazımdır. Yığım gecikdirilən 
zaman toxumun səpin keyfiyyəti olduqca aşağı enir.
Eyni bərabərdə yetişməyən bitkilər (çəltik, darı, qarabaşaq) və dənli-paxlalılar üçün iki 
mərhələli yığımın tətbiqi səmərəlidir. Deməli, yüngül rejimlə döyüm zamanı birinci fazada səpin 
məqsədi üçün 60-70% daha qiymətli zədələnməmiş toxumlar ayrılır. Toxumluq əkinlərin 
ikibarabanlı kombaynla yığımı birbarabanlı ilə yığım qabağı başlıca olaraq yalnız toxumun ayrı-ayrı 
yığım şəraiti zamanı hər bir barabandan üstün olmasıdır. 
Mexaniki zədələnmə toxumun keyfiyyətinə mənfi təsir göstərir. Döyüm zamanı toxumun 
zədələnməsi səviyyəsi onun nəmliyindən asılıdır - quru toxumlar güclü zədələnir, lakin nəm 
toxumlar onların cücərmə qabiliyyətini aşağı salan mikrozədələnməyə məruz qalır. Bu nöqteyi-
nəzərdən toxumlarının nəmliyinin optimal zonası dənli taxıl və paxlalı bitkilərin 16-18% qısa 
intervalında olur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin