Bitkilərin təsnifat prinsipləri. Vegetasiya müddətlərinin uzunluğuna və çoxalma
orqanlarının formalaşma xüsusiyyətlərinə görə kənd təsərrüfatı bitkiləri iki bioloji qrupa bölünürlər.
Qısa dövrdə və uzun dövrdə inkişafını başa vuranlar.
Qısa dövrdə inkişfını başa vuran bitkilər
sürətlə böyüyərək böyümələrini çiçəkləmə fazasından sonra dayandırır və böyümə nöqtəsinin
diferensiasiyası (bölünmə) nəticəsində çiçək qrupu əmələ gətirilər (qırtıckimilər, astrakimilər,
kətankimilər və s. fəsiləsinin üzvləri).
Uzun dövrdə inkişfını başa vuran
bitkilər isə (paxlalılar,
əmənkömənci kimilər, qarabaşaq və s.) vegetasiya dövründə böyümələrini davam etdirərək çiçək
qruplarını yarpaq qoltuqlarında əmələ gətirirlər, eyni zamanda çiçəkləmənin sonunadək vegetativ və
generativ orqanlar əmələ gətirə bilirlər.
Həyatının uzunluğuna görə bitkiləri birillik, ikiillik və çoxillik qruplara bölürlər. Bu bölgü
şərti xarakter daşıyır və bitkinin becərildiyi şəraitdən asılıdır. Məsələn: pambıq birillik bitki kimi
becərilir və öz vətənində isə çoxillikdir.
Nəsil vermə xarakterinə görə isə bitkiləri
monokarp (bir dəfə meyvə verən)
və polikarp (bir
neçə dəfə meyvə verən) qruplara ayırırlar.
İşığa və istiliyə tələblərinə görə tarla bitkilərini iki qrupa bölürlər. 1.
Mülayim qurşağın bitkiləri, 2.
Cənub qurşağın (tropik və subtropik qurşağın) bitkiləri.
Mülayim qurşağın bitkiləri tarixi inkişaflarını ilin isti və soyuq fəsilləri ilə növbələşdiyi
şəraitə uyğun keçirmişlər. Ona görə də onlarda istiliyə və soyuğa davamlıq xassələri yaranmışdır.
Şimala doğru getdikcə onların inkişafı sürətlənir yaxud da gün uzunluğuna zəif reaksiya göstərirlər.
Bu qrupa uzun gün bitkiləri də deyirlər. Uzun gün bitkilərinə çovdar, buğda, arpa, vələmir, göy
noxud, mərcimək, lərgə, gülül, paxla, lüpin, kökümeyvəlilər, günəbaxan, kələmkimilər, kətan,
saflor, çoxillik və birillik taxıl otları və paxlalılar fəsiləsinin yem otları daxildir.
Cənub qurşağın (tropik və subtropik qurşağın) bitkiləri qısa gün bitkiləridir. Onların inkişafı
yüksək istilik şəraitində keçir. Onlar aşağı, xüsusən mənfi temeratura davamsızdırlar. Bu qrupa
qarğıdalı, darı, çəltik, lobya, kartof, pambıq, bostan bitkiləri və s. bitkilər daxildir.
Bir sıra alımlər D. N. Priyanişnikov. İ. V. Yakuşkin, İ. P. Podqornıy və s. Bitkiləri becərmə
prinsiplərinə görə qruplaşdırmağı məsləhət görmüşdür. İ. P. Podqornıy becərildiyi məqsəddən asılı
olaraq tarla bitkilərini