86
inkişafı və saxlanması təmin edilir. Qidalı örtüklə işlənmiş toxumlar nəzərdə tutulmuş bitki sıxlığı
üçün kiçik normalarla cərgələrə bir bərabərdə səpilir, ona görə də
əl əməyi sərf etmədən bitki
becərmək mümkündür.
Skarifikasiya
– qılafın süni yolla zədələnməsi (cızılma) – çoxillik paxlalı otların (yonca,
üçyarpaq, xəşəmbül və s.) bərk toxumların cücərmə qabiliyyətini yüksəldir, onların qılafının su və
hava keçirməməsinin səbəbindən əlverişli şəraitdə cücərmirlər. Bu üsul xüsusi maşınla
(skarifikatorlarla) yerinə yetirilir.
Stratifikasiya
– çətin cücərti verən toxumların nəm qumda, torfda, buz üzərində (1-3 ay)
yaxud qar altında 1-5
0
C temperaturda saxlanması. Bu üsul səpindən sonra onların cücərməsini
tezləşdirmək üçün tətbiq edilir.
Dostları ilə paylaş: