Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə75/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   71   72   73   74   75   76   77   78   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri.
Dənli taxıl bitkiləri qırtıckimilər (dişəkimilər) 
Poaseae 
fəsiləsinin müxtəlif 
botaniki cinsləridirlər. Taxıl bitkiləri morfoloji quruluşca kök sistemindən, gövdədən, yapaqdan, 
çiçək qrupundan və meyvədən (dən) ibarətdir. Əsas orqanlarının quruluşuna və bitkilərin inkişafına 
görə ümumi oxşar cəhətləri çoxdur. Dənli taxıl bitkiləri təsərrüfat əhəmiyyətlərinə, bioloji 
xüsusiyyətlərinə və bəzi morfoloji əlamətlərinə görə bir-birindən fərqlənən əsas taxıllar və 
darıyabənzər taxıllar (
1-ci qrup –
buğda, arpa, çovdar, vələmir, tritikale
və 
2-ci qrup – qarğıdalı, 
sorqo, darı, çəltik
) qrupuna bölünürlər.
Bunlar digər tarla bitkilərindən fərqli olaraq 
saçaqlı kök
sistemi əmələ gətirirlər. Kök 
saçaqları torpağın 1,5-3,0 metr dərinliyinə işləyə bilirlər. Toxum cücərərkən əvvəlcə rüşeym 
kökcüyü (ilkin) əmələ gəlir. Saçaqlı kök sistemi rüşeym köklərindən və buğum köklərindən təşkil 
olunur. Birinci qrupun nümayəndələri cücərərkən 3-8 rüşeym kökcüyü, ikinci qrupun 
nümayəndələri isə yalnız bir ədəd rüşeym kökcüyü əmələ gətirirlər. Bu kökcüklər məhv olmurlar, 
lakin, quraqlıq keçən illərdə bitkiyə su və qida maddələri ötürürlər. Rüşeym kökcüyü hesabına tarla 
bitkilərindən 65% məhsul götürülür. Yazlıq buğdanın rüşeym kökü kollanma fazasında 20-30 sm-ə 
çatır, borlulaşma fazasında 40-50 sm və sünbülləmə fazasında 100 sm–dən artıq olur. Gövdənin 
yeraltı buğumlarından düyün (
buğum
) kökləri (
ikinci mənşəli
) əmələ gəlir ki, onlar kifayət qədər 
nəmlikdə tez inkişaf edirlər, dənli taxıl bitkilərinin əsas kök kütləsini təşkil edirlər və bitkinin 
həyatında mühüm rol oynayırlar. Buğum kökləri gövdənin torpaqda yerləşən 1-2, bəzən 3 
buğumundan inkişaf edir və şaxələnərək nazik kök telləri əmələ gətirir. Bitkidə kök kütləsinin 
miqdarı kollanma enerjisindən asılı olaraq az, çox ola bilər. Kollanma qüvvəli getdikdə saçaqların 
miqdarı da çox olur və əksinə. 
Dənli taxıl bitkilərinin buğum kökləri cücərtilər alındıqdan 12-18 gün sonra əmələ gəlir. 
Torpağın üst qatı həddən artıq quruduqda buğum kökləri zəif inkişaf edirlər, yaxud tamamilə əmələ 


90 
gəlmirlər. Məhsuldarlığına görə rüşeym və buğum kökləri yaxşı inkişaf etmiş bitkilərlə müqayisədə, 
yazlıq buğdanın inkişafı yalnız rüşeym kökünün hesabına olduqda məhsuldarlıq 30-35% aşağı 
düşür. Həm rüşeym kökləri və həm də buğum kökləri bitkinin boy və inkişafında mühüm 
əhəmiyyətə malikdirlər.
Hündür gövdəli taxıllarda (qarğıdalı və sorqo) gövdənin yerüstü hissəsinin torpaq səthinə 
yaxın olan 2-3 buğumundan da köklər çıxır. Bunlar dayaq, yaxud hava kökləri adlanır. Torpağa 
daxil ola bilən dayaq kökləri inkişafının başlanğıcında bitkini qida elementləri ilə təmin edir və 
yatmağa qarşı davamlılığını artırır.
Bitkinin boy və inkişafı müddətində kökü uzanaraq torpağın 100-120 sm və daha artıq 
dərinliyinə işləyir, budaqlanır və torpağın bütün istiqamətlərinə yayılır, lakin əsas kök kütləsi (75-
90%) aerob proses daha fəal keçən əkin qatının 20-25 sm dərinliyində yerləşir. Dənli taxıl 
bitkilərinin kök sisteminin kütləsi bitkinin quru maddəsinin ümumi kütləsinin 20-25%-ni təşkil edir. 
Qarğıdalıda, payızlıq çovdarda və yazlıq vələmirdə inkişaf etmiş kök sistemi daha güclü olur.
Taxıl bitkilərinin gövdəsi silindir formalı, içərisi özəklə dolu, yaxud boş boruyabənzər 
küləşdir. Gövdənin bütün boyu bərabəri bir-birindən aralı buğumlar yerləşir. İki buğum arasında 
qalan məsafə buğumarası adlanır. Bitkilərin xüsusiyyətindən və becərilmə şəraitindən asılı olaraq 
hər gövdədə 5-7, qarğıdalıda və sorqoda 16-25 buğumarası əmələ gəlir. Gövdənin hündürlüyü bütün 
buğumaralarının uzanması nəticəsində baş verir. Birinci boy atmağa aşağı buğumarası başlayır, 
sonra növbəti buğumarası aşağı buğumarasını böyümədə ötüb keçir. Bu cür boy atma 
interkalyar
adlanır. 
Gövdə yalnız borulaşma və sünbülləmə fazasında intensiv boy atır və çiçəkləmə fazasında 
daha uzun (hündür) həddə çatır, sonra isə gövdənin boyu kəskin ləngiyir. 
Şəkil 2. Dənli taxıl bitkilərinin çiçək qrupları
: 1 - buğda (1a - yumşaq buğdanın solda 
qılçıqsız, sağda qılçıqlı sünbülü və dəni); 1b- bərk buğdanın sünbülü və dəni,; 2 - arpa solda 
çoxcərgəli və sağda ikicərgəli; 3 - səpin çovdarı; 4 - səpin vələmiri; 5 - səpin çəltiyi qılçıqsız və 
qılçıqlı süpürgə; 6 - adi darı; 7 - qarğıdalı (solda dişi çiçəyi, sağda - erkək çiçəyi), qıcaları: 
sağdan partlayan, şəkərli, dişvari və bərkdənli; 8 - sorqonun çiçək qrupu, yuxarıda dənlik,
aşağı solda süpürgəlik, sağda şəkərlik. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin