91
Gövdənin orta hissəsində buğumarası daha yoğun, aşağı və yuxarıdakılar isə ən kiçik olur.
Gövdənin möhkəmliyi mexaniki toxumanın tərkibindən asılıdır. Aşağı buğumarası nə qədər qalın
olarsa o qədər də möhkəm olar və dənli taxıl bitkilərinin yatmaya qarşı davamlılığı
daha yüksək
olar. Dənli taxıl bitkilərinin gövdəsi qol-budaq atmaq qabiliyyətinə malikdir, aşağı yerüstü
buğumundan yan gövdə budaqları və ikinci mənşəli köklər əmələ gətirir.
Əsas gövdənin və bütün yan budaqların buğumlarından yarpaq əmələ gəlir. Taxıl bitkilərinin
yarpağı yarpaq qınından və ayasından ibarətdir. Qın yarpaq buğumu vasitəsi ilə gövdənin
buğumuna birləşir, ön tərəfi şırımlı, boru kimi gövdəni əhatə edir, ona möhkəmlik verir, mexaniki
zədələnmədən qoruyur və bitki yerə yatan zaman yardım edir.
Yarpağın ayası lanset formalı, hamar səthli, tam kənarlıdır. Qının ayaya keçdiyi hissədə arxa
tərəfdə dilçə (
ligula
) adlanan bir ədəd yarımşəffaf pərdə, ön tərəfdə isə qulaq,
yaxud buynuzcuq
(
auricula
) adlanan iki çıxıntı vardır. Dilçənin vəzifəsi gövdə ilə yarpaq qını arasına müxtəlif
zərərvericilərin və su keçməsinin qarşısını almaqdan, qulaqcıqlarınkı isə yarpağı gövdəyə
bərkitməkdən ibarətdir. Bu üzvcüklər müxtəlif formada və müxtəlif irilikdə olduqlarına görə boruya
çıxma fazasından sünbülləməyə qədər olan dövrdə birinci və ikinci qrup dənli taxıl bitkilərini biri-
birindən fərqləndirmək üçün əsas əlamətlərdən hesab edilirlər.
Buğda, çovdar və arpada dilçə ensiz, kənarı
zəif dişlidir, vələmirdə enli üçbucaq formalı,
kənarı kəskin dişlidir. Buğdada qulaqcıqlar xırda, sivri nəhayətli kirpiklidir, çovdarda küt nəhayətli
kirpiksizdir və tez tökülür, arpada güclü inkişaf etmiş biri digərinin üzərinə keçir, kirpiksiz, yarım
ay formalıdır, vələmirdə olmur.
Yarpaqların ölçüləri və miqdarı bitkidən, sortdan və becərilmə şəraitindən asılı olaraq kifayət
qədər tərəddüd edir.
Dənli taxıl bitkilərindən buğdada, çovdarda, arpada və tritikaledə çiçək qrupu sünbül,
vələmirdə, çəltikdə, darıda və sorqoda süpürgədir. Qarğıdalı digər taxıllardan
fərqli olaraq iki
formalı çiçək qrupu əmələ gətirir ki, onlardan da biri gövdənin və budaqların nəhayətində süpürgə,
digəri yarpaq qoltuqlarında qıca təşkil edir.
Sünbülün əsasını bir-birinə bitişmiş əyri, yaxud düz üzvcüklərdən ibarət olan sünbül oxu
təşkil edir. Üzvcüklərin nəhayətində xırda pillələr (dirsəklər), onların üzərində isə sünbülcüklər
əmələ gəlir. Normal şəraitdə buğda, çovdar və tritikalenin hər bir pilləsində bir, arpanınkında isə üç
sünbülcük olur.
Süpürgənin əsas oxu yan budaqlara, onlar da ikinci, üçüncü və dördüncü dərəcəli budaqlara
ayrılır. Sünbülcüklər budaqcıqların üzərində, yaxud nəhayətində yerləşir.
Sünbülcüyün quruluşu
bütün taxıllarda eyni olmaqla ən xaricdən iki sünbülcük pulcuğu ilə əhatə edilir. Cins əlaməti olaraq
taxıllarda sünbülcük pulcuqları müxtəlif dərəcədə inkişaf edir. Bu pulcuqların arasında, yaxud
altında çiçəklər yerləşir. Becərilmə şəraiti və bitkilərin xüsusiyyətindən asılı olaraq sünbülcükdə 1-
2-5-7 və daha çox çiçək əmələ gəlir. Hər bir çiçək iki çiçək pulcuğu ilə əhatə olunur. Onlardan
çiçəyi xaricdən əhatə edənə xarici çiçək pulcuğu, yaxud aşağı pulcuq, daxildən örtənə daxili çiçək
pulcuğu, yaxud yuxarı pulcuq deyilir.
Aşağı pulcuq iri, nisbətən qaba, qabarıq,
hamar səthli, yuxarı pulcuq nazik, zərif və düz,
uzununa ikitillidir. Dənli taxıl bitkilərinin çiçəkləri iki cinslidir (qarğıdalıdan başqa). Hər çiçəkdə üç
erkəkcik (çəltikdə altı erkəkcik) və bir dişicik olur.
Erkəkcik - saplaqdan, toz kisələrindən (tozcuqlardan) və kisələrin içərisindəki tozcuqlardan,
dişicik – yumurtalıqdan, sütuncuq və ikihaça ağızcıqdan ibarətdir. Yumurtalığın əsasında
lodicula
adlanan iki ədəd şəffaf pərdə vardır. Çiçəkləmə zamanı lodikulalar qabararaq çiçəyi genişləndirir,
tozcuqların yumurtalığa daxil olması üçün şərait yaradır.
Dənli taxıl bitkiləri öz-özünü tozlama qabiliyyətinə malikdir (qarğıdalıdan başqa), lakin
çarpaz da tozlanırlar. Çarpaz tozlanma külək vasitəsi ilə gedir.
Dənli taxıl bitkilərinin meyvəsi eyni zamanda toxum hesab olunur və dən adlanır. Hər
meyvədə yalnız bir dən əmələ gəlir. Əksər taxıllarda (arpada, çəltikdə, darıda və s.)
dən öz
pulcuqları ilə kip əhatə olunaraq tez yetişdikdən sonra da ondan çətin ayrılır. Belə dənlər pərdəli,
yaxud örtüklü, pulcuqlarından asan ayrılanlara isə (buğda, çovdar, qarğıdalı) çılpaq dən deyilir.
92
Dənin əsasında (çılpaq vəziyyətdə) kürək tərəfinə bir qədər çəp vəziyyətli, dırnağa bənzər,
azacıq basıq, yaxud zəif qabarıq rüşeym yerləşir. Buğda, arpa. çovdar, tritikale və vələmir dəninin
qarın tərəfində taxılların cinsindən asılı olaraq az-çox dərəcədə dərinliyə malik olan şırım vardır.
Buğda, çovdar, tritikale və vələmir dəninin nəhayətində kəkil adlanan xırda tükcüklər olur.
Dənin kütlə və həcmcə az hissəsini buğdada, çovdarda, arpada və tritikaledə 2,0-2,5%-ni,
vələmirdə 3%-ni, qarğıdalıda 12%-ə qədərini
rüşeym
təşkil edir ki, bu da gələcək bitkinin bünövrəsi
olan rüşeym kökcüyünə və gövdəyə diferensiasiya olunur. Lakin bu hissələr toxum cücərənə qədər
çox xırda və başlanğıc halında olduğu üçün adi gözlə çətin seçilir. Rüşeymdə qida maddələri də
toplanır. Dənin kütləcə əsas hissəsini (70-85%)
endosperm
təşkil edir və ehtiyat qida maddələrindən
ibarət olduğu üçün toxum cücərən zaman onu qida ilə təmin edir. Endosperm aleyron qatı adlanan
xarici və dənin unlu hissəsini təşkil edən daxili təbəqədən ibarətdir. Aleyron təbəqəsi toxum qılafına
sıx yapışan qalın divarlı, tünd sarı rəngli zülaldır ki, buğdada, çovdarda, tritikaledə və vələmirdə bir
cərgə, digər taxıllarda (arpada 3-5 cərgə) bir neçə cərgə olur. Onun hüceyrələrində nişasta olmur,
lakin, dənin cücərməsinə köməklik göstərən fermentlər və zülali maddələrlə zəngindir. Aleyron
təbəqəsinin
alt hissəsində, yəni endospermin qalan hissəsi nişasta dənələrindən və bunların
arasındakı boşluqları dolduran sarımtıl-darçını rəngli zülaldan ibarətdir. Nişasta dənələrinin
arasındakı boşluqlar və hüceyrələrin arası zülalla tam dolduqda dən bərk şüşəvarı, nişasta çox
olduqda isə yumşaq, yaxud unvarı adlanır. Rüşeym ilə endosperm arasında yerləşən qalxancıq bu
iki hissəni bir-birindən ayırır, lakin əsas vəzifəsi toxum cücərən zaman endospermdə olan qida
maddələrini soraraq cücərtiyə ötürməkdir.
Meyvə və toxum qılafı dənin kütləsinin 5-7%-ni təşkil edir, onu xarici şəraitin təsirindən və
göbələk xəstəliklərinin törədicilərindən qoruyur.
Dostları ilə paylaş: