Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


dörd qrupa bölmüşdür.  Taxıl bitkiləri, Texniki bitkilər, Bostan bitkiləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə8/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   4   5   6   7   8   9   10   11   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

dörd qrupa
bölmüşdür. 
Taxıl bitkiləri, Texniki bitkilər, Bostan bitkiləri, 
Yem bitkiləri.
Hazırda mədəni bitkilər əsas məhsulunun istifadə xarakterinə və botaniki-bioloji 
xüsusiyyətlərinə görə qruplaşdırılır. Məhsulun istifadəsinə görə bitkilər 
6 qrupa
bölünür: 1. Dənli 
bitkilər, 2. Şirəli yemlər, 3. Yem otları, 4. Yağlı və efiryağlı bitkilər, 5. Lifli bitkilər, 6. Narkotik 
tərkibli bitkilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
I HİSSƏ. BİTKİÇİLİYİN NƏZƏRİ ƏSASLARI
Bitkiçilik dedikdə – əhalini ərzaq məhsulları, heyvandarlığı yemlə, emal sənayesini xammalla 
təmin edən, bitkiçilik məhsulları istehsal etmək üçün bitki becərilməsi başa düşülür. Bitkiçilik 
sahəsi bitkilərin becərilməsi ilə əlaqədar olan bütün yarımsahələri özündə birləşdirir: tarlaçılıq, 
çəmənçilik, meyvəçilik, üzümçülü, gülçülük, meşəçilik. Bitkiçilik bir elm kimi yalnız tarlaçılığın 
yarımsahəsinə aid olan bitki qruplarını öyrənir. Onlara şumlanmış tarlalarda becərilən taxıllar, 
dənli-paxlalılar, köküyumrular, yemlik kökümeyvəlilər, liflilər, yağlı və efiryağlılar, birillik və 
çoxillik otlar və bir çox digər bitkilər aiddirlər.
FƏSİL 1. BİTKİNİN BİOLOGİYASI VƏ GENOTİPİN FORMALAŞMASI ŞƏRAİTİ
Bir elmi sahə kimi bitkiçiliyin obyekti bitkilər və onların tələbatıdır, onların əsas mühit 
amillərinə göstərdiyi tələbat, bitkilərdən yüksək və keyfiyyətli məhsul almaq üçün tətbiq edilən 
metod və üsulların öyrənilməsidir. 
Bitkinin böyümə və inkişafına praktiki olaraq bütün mühit amilləri – torpağın qranulometrik 
və kimyəvi tərkibi, aerasiyası, nəmliklə təmin olunması, temperatur rejimi, işıq, küləyin sürəti
havanın nəmliyi və s. bu və ya digər dərəcədə təsir edir. Hər hansı konkret bitkinin və sortun 
konkret ekoloji şəraitdə optimal becərilməsi üçün bitkiçi bütün bu faktorların vəziyyətini nəzərə 
almalıdır. 
Bu haqda K. A. Timiryazev yazır: «Ola bilsin ki, heç bir elm sahəsində müvəffəqiyyətin əldə 
edilməsi üçün bu qədər müxtəlif şərait tələb olunmur, heç birində bu qədər hərtərəfli məlumatların 
istifadəsi lazım gəlmir. Ancaq, birində bir tərəfli baxışın (nöqteyi-nəzər) olması əkinçilikdə olduğu 
kimi heç bir elm sahəsində bu qədər böyük müvəffəqiyyətsizliyə gətirə bilməz». 
Bitkiçilik bir elm kimi əsaslı (fundamental) və tətbiqi elmlərlərlə bərabər, qarşılıqlı əlaqədə 
olmalıdır.
Bitkinin biologiyasını bilmək üçün, botanikanı, bitki fiziologiyası və biokimyanı, genetika, 
seleksiya və toxumçuluğu öyrənmək (tədqiq etmək) zəruridir. Bitkinin bioloji tələbatını ödəmək və 
onun becərilmə şəraitini optimallaşdırmaq üçün torpaq haqqında tam məlumatlı olmaq zəruridir. 
Bunun üçün geologiyanı, mineralogiyanı, torpaqşünaslığı, mikrobiologiyanı, aqrokimyanı, 
hidrologiyanı, meliorasiyanı, bundan əlavə meteorologiya, geodeziya, yer quruluşu, ekologiya
əkinçilik elmlərini yaxşı bilmək zəruridir. Mədəni bitkiləri zərərli orqanizmlərdən qorumaq üçün 
entomologiya və fitopatologiyanı, alaq otları, zərərverici və xəstəliklərdən isə bitkilərin kimyəvi 
mühafizə üsullarını bilmək zəruridir.
Bitkinin becərilməsi şəraiti texnoloji üsulların köməyi ilə tənzimlənir. Bu zaman bitkiçilik 
məhsulları istehsalının iqtisadi tərəfini - iqtisadiyyatı, təşkili və idarə etməni nəzərə almaq lazımdır. 
Nəhayət məhsul emal edilməlidir və istehlakçıya çatdırılmalıdır. Bütün bu elmləri riyaziyyatı, 
fizikanı, üzvi, qeyri-üzvi, analtik, fiziki və kolloid kimyanı bilmədən mənimsəmək çətindir.
Beləliklə, bitkinin boy atması, inkişafı, məhsulun miqdarı və keyfiyyətini elmi cəhətdən idarə 
edilməsinə mükəmməl surətdə malik olmaq üçün bir çox fundamental və tətbiqi fənləri 
inteqrallamaq (birləşdirmək) zəruridir.
Bitkinin inkişafı təkamülündə (tədrici inkişaf) genotipin formalaşmasına rayonun ekoloji 
şəraiti onun mənşəyi həlledici təsir göstərir. Bütün mədəni bitkiləri nisbi dəqiqliyi ilə iki qrupa 
bölmək olar: (cədvəl 1) Fotoperiodizmin tropik və subtropik qurşağında formalaşmış qısa gün 
bitkiləri, hansı ki, yayda günün uzunluğu gecənin uzunluğuna (qısa gün) yaxın olur, və orta en 
dairəsi zonasında növ kimi formalaşmış fotoperiodizmin uzun gün bitkiləri, uzun yay günləri zonası. 
Tropik və subtropik qurşaqda formalaşmış mədəni bitkilər, becərilmə şəraitinə, inkişaf 
təkamülündə, genotipin mənşəyinə uyğun tələbat göstərirlər. Məlumdur ki, tropik və subtropik 
zonalarda işıq saçma gücü və temperatur rejimi şimal en dairələrinə nisbətən yüksəkdir, burada 



fəal
temperaturlar cəmi heç bir yerdə bitkinin boy və inkişafına hədd qoymur; bütün qısa gün 
bitkiləri cənub günəşi tələb edir. 
Cədvəl 1 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin