99
isə xırda olduğu üçün adi gözlə seçilmir. Yarovizasiya mərhələsindən işıq mərhələsinə keçdikdən
sonra bitkinin böyüməsi sürətlənir. Bu dövrdə bitki nəmlik və qida elementlərinə daha çox tələbat
göstərir ona görə ki, generativ orqanların əsası qoyulur və boy artımı güclənməyə başlayır. Boruya
çıxma fazasında assimilyasiyanın intensivliyi artır. Boruya çıxma fazası dövründə yarpaq səthi artır,
sünbülləmə yaxud çiçəkləmə fazasında maksimum həddə çatır.
Çiçək qrupu gövdənin axırıncı buğumuna birləşən yarpaq qınının içərisi ilə yuxarıya
doğru
hərəkət
etdiyi üçün bu dövr borlulaşma, yaxud gövdələşmə (
boruya
çıxma)
fazası adlanır. Bu
fazanın başlanğıcında kollanma buğumunun üstündən gövdənin aşağı buğumaraları böyüməyə
başlayır. Birinci buğumarası 10-15 günə böyüyür və böyümənin sürəti 5-7-ci
günə qədər daha
intensiv olur. Hər bir buğumarası özünün aşağı hissəsindən böyüyür. Ona görə də aşağı hissə gec
bərkiyir. Bu tip böyümə interkalyar böyümə adlanır. Buna görə də yatmış gövdələr sonradan qalxır.
Gövdənin böyüməsi çiçəklənmənin sonunda dayanır. Getdikcə böyümənin sürəti artdığına görə
yuxarıdakı buğumaraları uzunluğuna görə aşağıdakıları ötür. Boruya çıxma fazasını təyin etməkdən
ötrü, şişkinləşmiş gövdə əllə yoxlanılır və yaxud dəqiq təyin etmək
üçün kollanma buğumunun
uzununa kəsiyinə lupa altında baxılır. Bu fazada bütün orqanlar formalaşır. Dənli taxıl bitkilərinin
normal inkişaf etmiş əkinlərində bu fazada yarpaq səthi hektarda 30-40 m
2
-ə çatır, bütün vegetasiya
ərzində ümumi kütlənin quru maddəsinin 50-60%-ə qədəri də bu dövrdə toplanır.
Bu faza kök
sisteminin intensiv inkişafı ilə xarakterizə olunur, fazanın sonunda kökün dərinliyə işləməsi 1,5-2,5
m-ə çata bilər.
Dostları ilə paylaş: