100
endospermdə nişasta dənələri yaranır, ağ rəngli qlaf yaşıl rəngə çevrilir. Lakin, onun tərkibində su
çox, qida maddələri isə az olur. Dənin nəmliyi 60-80%-ə, 1000 ədədinin kütləsi 8-12 qrama, davam
etmə dövrü 7-9 günə çatır. Endospermdə nişastanın ayrılmasından
başlayaraq bu prosesin
dayanmasına qədər dənə dolma dövrü 20-25 gün davam edir, dənin nəmliyi isə 38-40%-ə
qədər
azalır.
Dən dolma dövrünü dörd fazaya ayırırlar:
1) sulu faza – endospermdə hüceyrənin formalaşmasının başlanğıcı; quru maddənin maksimal
miqdarı 2-3%
təşkil edir; fazanın davam etmə müddəti 6 gündür;
2) südqabağı faza – dənin içərisindəki sulu maye süd rənginə çalır; quru maddə 10% toplanır;
fazanın davam etmə müddəti 6 -7 gündür;
3) südlü faza – dənin içərisində
südəoxşar ağ maye olur; quru maddənin toplanması yetkin
dənlərin kütləsinin 50%-ni təşkil edir; fazanın davam etmə müddəti 7 - 15 gündür;
4) xəmirəoxşar faza – endosperm xəmir konsistensiyasına (sıxlıq) malikdir; dənin içərisindəki
quru maddənin maksimum miqdarı 85-90% təşkil edir, fazanın davam etmə müddəti 4 - 5 gündür;
Yetişmə fazasında dənə plastik maddələrin axması dayanır.
(Süd yetişkənlik, mum yetişkənlik
və tam yetişkənlik).
Nəmlik 18-12 bəzən də 8%-ə enir. Texniki istifadə və əkin materialı üçün
yararlı olur. Lakin, toxumun inkişafı davam edir.
Yetişmə dövrü iki fazaya ayrılır:
1) mum yetişkənlik - endosperm mum kimi, elastiki, dənin qlafı sarı rəngə çevrilir. Nəmliyi
30%-ə qədər enir. Bu fazanın davamı 3-6 gün çəkir. Bu fazada iki mərhələli (hissə-hissə) yığıma
başlanılır;
2) bərk yetişkənlik – endosperm bərkiyir, sındırılmış dən unlu yaxud şüşəvarı, qılafı möhkəm,
qalınqabıq, rəngi tipik olur. Bu fazada (tam yetişkənlik) bölgədən asılı olaraq nəmlik 8-22%,
fazanın davam etmə müddəti 3-5 gün çəkir. Bu fazada mürəkkəb biokimyəvi proses keçir, bundan
sonra toxumun yeni və ən əsas xüsusiyyəti – normal cücərməsi yaranır. Ona görə də əlavə olaraq
yenə də iki dövrə bölürlər: yığımdan sonra yetişmə və tam yetişmə.
Dostları ilə paylaş: