Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə98/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   94   95   96   97   98   99   100   101   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

(Triticum durum)
sünbülləri uzun sıx, yan tərəfləri üz tərəflərindən enli
qılçıqları uzun, sünbülünə paraleldir. Bərk buğdanın çox yayılmış növmüxtəlifliyi 
hordeiforme
və 
melanopsusdur
. Sünbülcük pulcuqları uzun olduğundan çiçək pulcuğunu tam örtür. Dən çiçək 
pulcuğunun əsasında olub çətin tökülür. Dənləri uzunsov yanlarından sıxılmış kimi, qalınlığı 


108 
enindən artıq, zəif kəkilli və ya kəkilsiz, eninə kəsiyi bucaqlı şüşəvarı olur. 1000 ədəd dənin kütləsi 
40-80 qram arasında dəyişir. 
Bir çox sortları hər bir növmüxtəlifliyi daxil olmaqla bir-birindən morfoloji əlamətlərinə, 
əsasən bioloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyətlərinə görə fərqlənirlər. Hər hansı bir 
növmüxtəlifliyinin sortları payızlıq və yazlıq, gec yetişən və tez yetişən, qışa davamlığı və 
quraqlığa dözümlüyü müxtəlif, kollanmaları, tökülmə qabiliyyəti, yatmağa, xəstəlik törədiciləri və 
zərərvericilərə davamlılığı eyni ola bilər.
Zaqafqaziya respublikalarında buğdanın daha çox növləri yayılmışdır. Azərbaycan ərazisində 
14-15 növünə təsadüf edilir.
Bioloji xüsusiyyətləri
.
Vegetasiyanın müxtəlif dövrlərində buğda bitkisi istiliyə qarşı eyni 
bərabərdə tələbat göstərmir. Payızlıq buğdanın toxumları 1-2 
0
C temperaturda cücərmə 
qabiliyyətinə malikdirlər, assimliasiya prosesi isə 3-4
0
C-də başlayır. Çıxışların tez və bir bərabərdə 
alınması üçün 15-18 
0
C (orqanogenezin I mərhələsi) temperatur lazımdır. Bu temperaturda 
cücərtilər səpindən 7-9 gün sonra alınır. Fəal temperatur cəmi bu dövrdə 116-139 
0
C-dir. Cücərtilər 
tam alındıqdan 13-15 gün sonra kollanma başlayır (II–III mərhələ), səpin müddətindən, temperatur 
və nəmlikdən asılı olaraq kollanma 30-45 gün davam edir.
Payızlıq buğda payızda və yazda kollanır. Kifayət qədər nəmlik və havanın temperaturunun 
aşağı (6-10 
0
C) olması, eləcə də güclü buludlu hava bitkinin ümumi inkişafını ləngidir, lakin daha 
intensiv kollanmasına səbəb olur. Səpin zamanı iri toxumlardan istifadə edilməsi və azot gübrəsinin 
verilməsi kollanmanı əhəmiyyətli dərəcədə gücləndirir. Əlverişli şəraitdə bir bitkidən 3-5 gövdə 
çıxır.
Payızdan qışa keçən dövrdə payızlıq buğdanın inkişafı üçün gündüz quru aydın və əlverişli 
isti havanın (10-12 
0
C-yə qədər) olması, gecələr mənfi temperatura qədər enməsi çoxlu miqdarda 
sulu karbonlar toplanmasına, möhkəmlənmənin və qışlamanın daha yaxşı keçməsinə səbəb olur. 
Havanın orta gündəlik temperaturunun 4-5 
0
C-yə qədər enməsi payızlıq buğdanın böyüməsini 
dayandırır. Yazda temperatur 5 
0
C-yə qədər qalxdıqda buğda əlavə olaraq kollanır və böyüməyə 
başlayır. 
Qar örtüyü altında -16-18 
0
C-də payızlıq buğda məhv olmur. Erkən yazda gündüzlər 
temperaturun kəskin dəyişməsi +10 
0
C, gecələr -10 
0
C-yə qədər enməsi payızlıq buğda üçün çox 
təhlükəlidir. Mironov-808 sortu qar örtüyü altında qış şaxtalarının aşağı -25-30 
0
C temperaturuna 
dözmək qabiliyyətinə görə daha böyük davamlılığı ilə fərqlənir. 
Payızlıq buğdanın boruya çıxma (ontogenezin IV-VII mərhələləri) fazası yaz zoğlarının əmələ 
gəlməsindən 25-35 gün sonra başlayır və temperaturun +15-16 
0
C olması əlverişli hesab edilir. 
Sünbülləmə (VIII mərhələ) boruya çıxmadan 30-35 gün sonra başlayır. Buğdanın çiçəkləməsi (IX 
mərhələ) sünbülləmədən 2-3 gün sonra başlayır və bir həftəyə qədər davam edir. Dənin 
formalaşması, dolması və yetişməsi (X-XII mərhələlər) sortun xüsusiyyəti və hava şəraitindən asılı 
olaraq 30-35 gün davam edir. Sünbülləmə və çiçəkləmədə +18-22 
0
C, yetişmə dövrü üçün isə 
əlverişli temperatur +22-25 
0
C hesab olunur. 
Səpindən tam yetişməyə qədər müsbət temperaturun ümumi cəmi 1850-2200 
0
C təşkil edir. 
Payızlıq buğda kifayət qədər istiliyə dözümlü və quraqlığa davamlıdır, lakin payızlıq çovdara 
nisbətən qışa davamlılığı daha azdır. Ancaq hədsiz yüksək temperaturda (40 
0
C-dən yüksək), 
nəmlik çatışmadıqda və quru küləklərdə fotosintez prosesinin normal gedişi pozulur, transpirasiya 
yüksəlir, bitkinin boyu ləngiyir ki, nəticədə dənin yaxşı dolması pisləşir. 
Payızlıq buğda payız və qış yağıntılarından daha yaxşı istifadə edir, yazlıq buğdaya nisbətən 
əhəmiyyətli dərəcədə çox nəmlik sərf edir. Bu onunla əlaqədardır ki, onun vegetasiya müddəti daha 
uzundur və daha çox quru kütlə məhsulu formalaşdırır. Vegetasiya müddətində nəmlikdən istifadə 
edilməsi bir bərabərdə getmir və bitkinin yaşından, boy və inkişafın intensivliyindən, bitki 
sıxlığından, temperaturdan, kök sisteminin inkişafından və torpaqda olan nəmliyin miqdarından 
asılı olur.
Payızlıq buğda torpağın kifayət qədər nəmli olduğu şəraitdə daha yaxşı inkişaf edir. Dənin 
cücərməsi və çıxışların alınması dövründə bitkilər kifayət qədər az nəmlik tələb edirlər. Cücərmə 


109 
zamanı torpağın 10 sm-lik qatında nəmlik 10 mm olduqda çıxışlar bərabər alınır. Bitkinin boy və 
inkişafı artdıqca nəmliyə tələbatı yüksəlir. Buğdanın payızda normal kollanması üçün torpağın 20 
sm-lik qatında nəmliyin 30 mm olması zəruridir. Bu halda kollanma sürətlə gedir. Payızlıq buğda 
yazda bitkilərin boruya çıxmasının başlanğıcından sünbülləməyə qədər illik su sərfinin daha çox 
miqdarını (70%-ni), çiçəkləmədən mum yetişkənliyə qədər isə 20%-ni tələb edir. Nəmliyə 
münasibətinə görə payızlıq buğdanın 
böhran
dövrü boruya çıxma və sünbülləmə fazasıdır. Bu 
dövrdə nəmlik çatışmadıqda yarpaq səthinin formalaşması və bitkinin boyu dayanır, bu generativ 
orqanların ayrılmasını (diferansasiya) pozur, çoxlu miqdarda barsız çiçəklər əmələ gəlir, quru 
maddənin ümumi kütləsinin toplanması və bitkinin boyu aşağı olur ki, bu da məhsulun az 
toplanmasına gətirib çıxarır. 
Çiçəkləmə və dənə dolma vaxtı nəmlik çatışmadıqda dənlər xırda olur və məhsuldarlıq aşağı 
düşür. Yaz vegetasiyasının başlanğıcında payız, qış və yaz yağmurları sayəsində torpaq 50-80 sm 
dərinliyində nəmlənir, lakin yağmurlu illərdə 50-200 sm-ə çatır ki, bu da nəmliklə təmin olunmaq 
üçün əlverişli şərait yaradır. Payızlıq buğdanın kök sistemi 1,5-2,0 m dərinliyə çatır, o suyu təkcə 
köklər qidalanan təbəqədən yox, ancaq torpağın daha dərin qatlarından istifadə edir. 
Nəmlik artıq olduqda payızlıq buğdanın boy atma tempi (sürəti) azalır, xüsusən payızın sonu 
və erkən yazda bəzən onun əkinlərinin məhv olması müşahidə edilir. Əlavə olaraq hava rejimi 
pozulur, mineral qidalanma və mikrobioloji proseslərin şəraiti pisləşir. Nəmişlik uzun müddət 
davam etdikdə bitkinin vegetasiya müddəti uzanır, kök sisteminin çürümək təhlükəsi yaranır, 
yatmaya qarşı davamlılıq azalır, məhsuldarlıq və dənin keyfiyyəti aşağı düşür.
Torpağın 0-60 sm-lik qatında tarla rütubət tutumunun 70-75% olması bitkinin inkişafı üçün 
əlverişlidir. Transpirasiya əmsalı 400-500-dür. Vegetasiya müddətində su sərfi 300-400 m
3
-dir.
Payızlıq buğda qida elementlərinə və torpağa yüksək tələbkar bitkidir. Buğda üçün güclü 
humus qatı, qida maddələrinin miqdarı yüksək və su-fiziki xassələri yaxşı olan torpaqlar daha çox 
yararlıdır. Qranulometrik tərkibi yüngül olan münbit torpaqlar bitki üçün daha əlverişlidir. Ağır 
qranulometrik tərkibli torpaqlar az əlverişli hesab olunduğundan oraya üzvi və mineral gübrələr 
verməklə yaxşı şərait yaratmaq mümkündür. Eyni zamanda torpaqlar alaq otlarından təmiz 
olmalıdır. Bitkinin inkişafı üçün torpaq reaksiyası neytrala (pH=6,0-7,5) yaxın, humusun miqdarı 
2,0-2,5%, fosfor və kaliumun miqdarı Kirsanova görə 1 kq torpaqda 150 mq-dan az olmamalıdır. 
Buğda bitkisinin mineral qida elementlərinə tələbatı onların torpaqdakı yol verilən həddindən, 
bitkinin inkişafının intensivliyindən və kök sisteminin güclü olmasından, hava şəraiti və digər 
faktorlardan asılıdır. Payızlıq buğda bitkisinin boy atma intensivliyinin aşağı enməsi mineral qida 
elementlərinin (azot, fosfor, kalium və mikroelementlərin) çatışmaması ilə sıx əlaqədardır.
Bitkilərin qidalanması üçün ən vacib elementlərdən biri 
azotdur
, o vegetativ kütlənin 
inkişafına reaksiya göstərir, dənin tərkibində zülal və kleykovinanın miqdarını artırır və məhsulun 
formalaşmasına təsir edir. O sadə və mürəkkəb zülalların amin turşularının, xlorofilin, bir neçə 
vitaminlər və fermentlərin tərkibinə daxildir. Azotun azlığı və eləcədə çoxluğu buğda bitkisinin boy 
və inkişafına mənfi təsir göstərir və son nəticədə məhsulun azalmasına gətirib çıxarır. Azot 
çatışmadıqda quru maddənin toplanması tempi aşağı düşür, yarpaq səthinin formalaşması pisləşir, 
yarpaqlar açıq-yaşıl rəng alır və vaxtından əvvəl tökülür. Azotun çatışmaması məhsulun struktur 
(quruluş) elementlərinin formalaşmasına mənfi təsir göstərir. Belə ki, məhsuldar kollanma, 
sünbüldəki dənlər və onun kütləsi, 1000 ədəd dənin kütləsi, dəndə zülalın və kleykovinanın miqdarı, 
texnoloji xarakteri və çörəkbişirmə keyfiyyəti pisləşir. 
Azotla hədsiz qidalanma vegetativ kütləni kəskin artırır, kök sistemi və yerüstü kütlə 
arasındakı nisbəti pozur, vegetasiya müddətini uzadır, bitkinin yatmaya və xəstəliklərə yoluxma 
davamlılığını aşağı salır. 
Payızlıq buğda bitkisinin azot elementinə tələbatı həyatının ilk günlərindən başlayır və dənin 
dolması qurtarana qədər davam edir. Azotun sərf edilməsi kollanma fazasında 20-25%, boruya 
çıxma-sünbülləmə dövründə 50-55, çiçəkləmə–mum yetişkənliyin başlanğıcında 10-15 və mum 
yetişkənlik fazasının ortasında tələb olunan azotun maksimal miqdarının 5-10%-dən ibarətdir. Ayrı-
ayrı fazalarda azotun çatışmamasını növbəti fazada onun verilməsi ilə kompensasiya (əvəz etmək) 


110 
etmək olmaz. Azota ən çox tələbat boruya çıxmanın başlanğıcından sünbülləməyə qədər olan 
müddətdə nəzərə çarpır.
Bitkidə azotun maksimal miqdarı çıxışların alınmasından yaz kollanmasına qədər quru 
maddəyə görə 4,5-6,0% təşkil edir. Bitkinin boy və inkişafı davam etdikcə azotun miqdarı azalır və
tam yetişmə fazasında 1,0-1,3% təşkil edir. Bununla əlaqədar olaraq erkən yaz dövründə azot 
gübrəsi ilə yemləmə aparılması yüksək məhsulun formalaşmasında və sünbülləmə dövründə 
yüksək zülallı və kleykovinalı (öz) dən məhsulunun alınmasında mühüm əhəmiyyət kəsb edir.
Payızlıq buğdadan yüksək keyfiyyətli planlaşdırılmış dən məhsul əldə etmək üçün 
yarpaqlarda ümumi azotun optimal miqdarını saxlamaq zəruridir: quru maddəyə görə kollanma 
fazasında 5,0-5,5%, boruya çıxma fazasında 4,5-5,0% və sünbülləmə fazasında 3,0-4,0% olmalıdır. 
Fosfor çoxlu üzvi maddələrin, fermentlər və vitaminlərin tərkibinə daxildir, enerji 
mübadiləsində iştirak edir. Bitkinin fosforla təmin edilməsi orqanizmdə gedən çoxlu biokimyəvi 
proseslərlə əlaqədardır.
Fosforla yüksək dərəcədə təmin olunma turş torpaqlarda alüminiumun mütəhərrik 
formalarının mənfi təsirini azaldır. Payızlıq buğda bitkisində fosforun ən çox miqdarı cücərmə 
fazasına (quru maddəyə görə 1-1,5%) düşür, boy və inkişafı ərzində fosforun miqdarı nəzərə 
çarpacaq dərəcədə azalır. Fosfora tələbat daha çox boruya çıxma, sünbülləmə və çiçəkləmə 
fazalarında təsadüf edilir. Payızlıq buğda bitkisinin fosforla təminatı çatışmadıqda azotun istifadəsi 
yubanır, zülalın sintezi, bitkinin boy atması ləngiyir, məhsulun aşağı düşməsinə səbəb olur. 
Bitkidə fosfor çatışmazlığının əlamətləri yarpaqlarda qırmızı-bənövşəyi çalarlı rəngin əmələ 
gəlməsi və onların tez məhv olmasından ibarətdir. Payızlıq buğdanın torpaqda olan fosforun çətin 
mənimsənilən formalarından istifadə etmək qabiliyyəti zəifdir.
Kalium elementi sulu karbonlar və zülalların mübadiləsini, fotosintez prosesini, bitkidə sulu 
karbonların yerdəyişməsini yaxşılaşdırır. Bitkidə kalium çatışmadıqda zülalların parçalanması 
şiddətlənir, nəticədə, müxtəlif patogen (xəstəlik törədən) bakteriyalar və göbələklərin inkişafına 
şərait yaranmış olur. Kalium çatışmazlığının əlamətləri yarpaqların kənarlarının qonurlaşması və 
onların üzərində pas ləkələrinin əmələ gəlməsindən ibarətdir. 
Kalium elementinin bitkiyə daxil olması cücərtilər alındıqdan çiçəkləmə fazasına qədər 
davam edir. Payızlıq buğda bitkisində kaliumun maksimal miqdarı (2,5-3,8%) başlanğıc fazanın 
payına düşür, tam yetişkənlik fazasında kaliumun miqdarı 0,8-1,0%-ə qədər aşağı düşür. Kalium 
elementinə daha çox tələbat boruya çıxma, sünbülləmə və çiçəkləmə fazasında yaranır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin