mühüm sahəsi maliyyənin idarəedilməsidir. O, xüsusi apparat, xüsusi metod, o
cümlədən müxtəlif stimul və sanksiyaların köməyi ilə həyata keçirilir.
Digər idarəetmə sistemində olduğu kimi, maliyyənin idarə edilməsində də
idarəetmənin obyekti və subyektləri vardır. Idarəetmənin obyekti kimi pul gəlirlərinin
və yığımlarının formalaşması və onların təsərrüfat subyektləri və dövlət tərəfindən
istifadəsi ilə əlaqədar olan müxtəlif maliyyə münasibətləri çıxış edir. Idarəetmə subyekti
isə idarəetməni həyata keçirən təşkilati struktur hesab edilir.
Maliyyə münasibətlərinin təsnifatına uyğun olaraq, idarəetmə obyekti onların
sahəsinə görə təşkilatların (müəssisələrin, idarələrin) maliyyəsi, sığorta münasibətləri,
dövlət maliyyəsi, ev təsərrüfatının maliyyəsi kimi müxtəlif qruplara ayrılır. Onlara
müəssisələrin maliyyə xidməti (şöbələri), sığorta orqanları, maliyyə orqanları və vergi
idarələri kimi idarəetmə subyektləri uyğun gəlir. Maliyyənin idarə edilməsini həyata
keçirən təşkilat strukturlarının məcmusu maliyyə aparatı hesab edilir.
Maliyyənin idarə edilməsində planlaşdırma, operativ idarəetmə, nəzarət kimi
mühüm funksional elementləri ayırmaq olar.
Planlaşdırma maliyyənin idarəetmə sistemində əhəmiyyətli yer tutur.
Planlaşdırma zamanı təsərrüfatçılığın istənilən subyekti maliyyənin vəziyyətini
hərtərəfli qiymətləndirir, maliyyə resurslarının artırılması imkanlarını aşkar edir,
onların daha səmərəli istifadə edilməsini müəyyən edir. Plan qərarları mühasibat,
statistik və operativ hesablamalara əsaslanan maliyyə informasiyasının təhlili əsasında
qəbul edilir.
Operativ idarəetmə. Cari maliyyə vəziyyətinin operativ təhlili əsasında işlənib
hazırlanan kompleks tədbirləri ifadə edir və maliyyə resurslarının yenidən
bölüşdürülməsinin köməyilə az xərclə daha yüksək səmərə əldə etmək məqsədini güdür.
Operativ idarəetmənin əsas məzmunu təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq üçün
maliyyə resurslarının səmərəli istifaə edilməsindən ibarətdir.
Nəzarət planlaşdırma və operativ idarəetmə prosesində həyata keçirilir. O, maliyə
resurslarından istifadə üzrə faktiki nəticələri plan göstəriciləri ilə müqayisə etməyə,
Dostları ilə paylaş: