Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə11/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
11


valyutaların dönərliliyinin həyata keçirilməsi ilə Qərbi Avropa ölkələrinin 
əksəriyyətində ləğv edildi.
Beynəlxalq likvidlik problemlərinin kəskinləşməsinin qarşısının alınması və milli 
valyutaların beynəlxalq ehtiyat pul vahidi ilə əvəz olunması ilə Beynəlxalq Valyuta 
Fondunun Direktorlar Şurası yeni növ beynəlxalq pul vahidinin – ehtiyat və ödəniş 
vəsaitlərinin (xüsusi iqtibas hüquqları - SDR) yaradılması qərarını qəbul etdi. SDR – 
BVF-na üzv olan ölkələrin tədiyə balanslarının saldosunu tənzimləmək rəsmi 
ehtiyatların tamamlanması və BVF ilə hesablaşmalar aparmaq üçün milli valyutaların 
dəyərinin ölçülməsi məqsədilə yaradılmışdır. Ilk əvvəl (1970-cu ildə) dollarda olduğu 
kimi, SDR hesab pul vahidində qəti müəyyən edilmiş qızıl məzmunu (0,888671 qram) 
qəbul edilmişdi. Lakin dolların iki dəfə (1971 və 1973-cü illərdə) aparılan 
devalvasiyasından və 1 iyul 1974-cü ildən üzən valyuta kurslarının tətbiqindən sonra 
SDR pul vahidinin dəyəri aparıcı kapitalist ölkələrinin 16 valyutasının orta kursu 
əsasında müəyyən olunmağa başlandı. 1981-ci il 1 yanvardan SDR-nin «valyuta 
səbətində» valyutaların sayı 5-ə qədər azaldıldı. Daha sonralar onun tərkibinə hər 5 
ildən bir baxılır.
1979-cu ilin martından yeni beynəlxalq regional pul vahidi (EKJ) tətbiq edilir.
Bu valyutadan Avropa Valyuta Sisteminə üzv olan ölkələr istifadə edirdilər. SDR-dən 
fərqli olaraq yeni pul vahidinin emissiyası yarıyadək qızıl və ABŞ dolları, qalan yarısı 
isə milli valyutalarla təmin edilirdi. EKJ kağızsız pul vahidi idi və Avropa Valyuta 
Sisteminə üzv olan ölkələrin mərkəzi banklarının hesablarında qeydiyyat kimi çıxış 
edirdi. EKJ-nin dəyəri Avropa Valyuta Sisteminə daxil olan ölkələrin valyutalarından 
ibarət olan «səbət» metodu ilə müəyyən edilirdi. Hər bir valyutanın «səbət»də xüsusi 
çəkisi ölkənin Avropa iqtisadi əməkdaşlığı məcmu milli məhsulunda, qarşılıqlı mal 
dövriyyəsində olan tutumundan asılı idi. EKJ Avropa Valyuta Sisteminin 12 ölkəsinin 
hesablarında tətbiq edilirdi. O, dövlətlərarası hesablaşmalarda hesab vahidi, valyutaların 
bazar kurslarının tərəddüdlərinin tənzimləyicisi kimi çıxış edirdi.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin