buna da müvafiq vəzifəli şəxslər tərəfindən 10 gün ərzində baxılmalıdır. Lakin o,
müstəqil olaraq hər hansı sanksiya qəbul etmək hüququna malik deyil. Bütün səviyyəli
icra hakimiyyəti orqanları bilavasitə öz səlahiyyətləri çərçivəsində
maliyyə nəzarətini
həyata keçirirlər və onlara tabe olan maliyyə idarəetmə strukturlarının fəaliyyətini
istiqamətləndirir və nəzarət edirlər.
Icra hakimiyyəti orqanları tərəfindən maliyyə orqanları
sistemində mühüm yeri
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tutur. Maliyyə Nazirliyi nəinki ölkənin
maliyyə siyasətini hazırlayır və habelə onun həyata keçirilməsinə nəzarət edir. Maliyyə
Nazirliyinin bütün strukturları, bu və ya digər formada maliyyə münasibətlərinə nəzarət
edir. Hər şeydən əvvəl, Maliyyə Nazirliyi maliyyə nəzarətini
dövlət büdcəsinin
hazırlanması prosesində həyata keçirir, büdcə və büdcədənkənar dövlət fondlarının
vəsaitlərinin daxil olması
və xərclənməsinə nəzarət edir, valyuta nəzarətinin
həyata
keçirilməsində iştirak edir. Azərbaycan Respublikası hökumətinin qərarı əsasında
ayrılmış dövlət investisiyasının istiqamətləndirilməsinə və istifadəsinə nəzarət edir.
Maliyyə Nazirliyi nəzarətin nəticəsi üzrə aşağıdakıları
tələb etmək hüququna
malikdir:
– aşkar edilmiş pozuntuların aradan qaldırılmasını tələb etmək;
– müəssisə və təşkilatlarda vəsaitlərin qeyri-qanunu xərclənməsi faktı olduqda və
habelə onlar tərəfindən müvafiq hesabatlar vaxtında təqdim edilmədikdə dövlət
büdcəsindən maliyyələşdirməni məhdudlaşdırmaq və dayandırmaq;
– nəzərdə tutulmuş cərimə qoymaqla öz təyinatına
istifadə edilməmiş dövlət
vəsaitini geri almaq.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çərçivəsində operativ maliyyə
nəzarətini Dövlət Maliyyə Nəzarəti Baş Idarəsi və Baş Dövlət Xəzinədarlığı həyata
keçirir, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət
Xəzinədarlığı «Azərbaycan Respublikasında Dövlət Xəzinədarlığının yaradılması
haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 dekabr tarixli 398 saylı
Fərmanına əsasən təşkil edilmişdir.
Dostları ilə paylaş: