Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə125/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   121   122   123   124   125   126   127   128   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
158


uyğun olaraq kreditorların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin digər növünü də 
həyata keçirə bilər. Bank tərəfindən belə nəzarət kredit risqinin idarə edilməsinin 
elementi kimi çıxış edir.
KitabYurdu.az 
159


AUDITOR NƏZARƏTI 
Maliyyə nəzarətinin yeni forması olub, Azərbaycan Respublikasında 90-cı illərin 
əvvəllərində meydana gəlmişdir. Iqtisadiyyatın idarə edilməsinin bazar sisteminə 
keçməsi və müxtəlif kommersiya strukturlarının meydana gəlməsi ilə əlaqədar olaraq 
onların maliyyə qabiliyyətinə və maliyyə vəziyyətinin qiymətləndirilməsində 
obyektivliyə tələbat kəskin surətdə artmışdır. Auditor fəaliyyətinin inkişaf tərixinə nəzər 
saldıqda onun dərin tarixi köklərə və böyük inkişaf yoluna malik olduğunu görmək olar. 
«Auditor» - latın sözü olub, audio sözündən götürülmüş, mənası «eşidirəm», ingilis 
dilində isə «to audit» - yəni təftiş etmək, yoxlamaq deməkdir. Araşdırmalar göstərir ki, 
audit fəaliyyətinin meydana gəlməsi hələ XII-XIII əsrlərə təsadüf edir. Audit peşəsinin 
ilk dəfə 1324-cü il martın 24-də Ingiltərədə rəsmən elan edildiyi qed olunur. Muasir 
anlamda müstəqil auditin tarixi XVIII əsrə gedib çıxır. Lakin, 1862-ci ildə Britaniya 
şirkətləri haqqında qanun qəbul edilməsi auditor peşəsinin inkişafına xüsusi təkan 
vermişdir. Məcburi audit barədə qanun Fransada 1867-ci ildə, ABŞ-da isə 1937-ci ildə
qəbul edilmişdir.
Rusiyada auditor vəzifəsi I Pyotr tərəfindən (XVIII əsrin əvvəllərində) ordu və 
donanma üçün tətbiq edilmişdir. Sonralar 1889, 1912 və 1928-ci illərdə auditor təsisatı 
yaratmaq üçün təşəbbüslər göstərilmişdir. 
Keçmiş SSRI respublikalarında sözün həqiqi mənasında audit olmamışdır. Ilk 
dəfə 1987-ci ildə «INAUDIT» səhmdar cəmiyyəti yaradılmışdır. 
1994-1996-cı illərdə Azərbaycan Respublikasında beynəlxalq meyarlara uyğun 
müstəqil audit sisteminin bərqərar olması istiqamətində mühüm əhəmiyyət kəsb edən 
normativ hüquqi aktlar qəbul eidlmişdir. 1994-cü il sentyabrın 16-da (882 saylı) 
«Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 
Azərbaycan Respublikasının Milli Məclisi 1995-ci il 19 sentyabr tarixli qərarı ilə 
Azərbaycan Respublikasının «Auditorlar Palatası haqqında» əsasnaməni təsdiq 
etmişdir. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin