auditorların
mənafelərini müdafiə edən, öz fəaliyyətində ölkənin qanunvericilik və
normativ aktlarından irəli gələn tələblərə sərbəst auditor və auditor təşkilatları
tərəfindən riayət edilməsinə nəzarət edən müstəqil maliyyə orqanlarıdır.
Auditorlar Palatası aşağıdakı funksiyaları yerinə yetirir:
– auditor xidməti işlərini təşkil edir və tənzimləyir.
– sərbəst auditor və auditor təşkilatlarının nizamnamələrinin “Auditor
xidməti
haqqında “ qanuna uyğunluğuna nəzarət edir;
– sərbəst auditorların və auditor təşkilatlarının qeydiyyatını keçirir, uçotunu
aparır və qeydiyyat haqqında
şəhadətnamə verir;
– təsərrüfat subyektlərinin maliyyə və mühasibat hesabatları üzrə auditor rəyinin
formalarını işləyib hazırlayır və təsdiq edir;
– audit aparılması
üzrə təlimatlar, tövsiyələr və metodiki göstərişlər işləyib
hazırlayır;
– audit xidmətinin göstəricilərinin forma və metodları
üzrə normativ sənədlər
tərtib edir, milli və beynəlxalq təcrübənin daim öyrənilməsi əsasında müvafiq tövsiyələr
hazırlayır;
– sərbəst auditorların və auditor təşkilatlarının hüquq və vəzifələrinin qorunması
üçün müvafiq tədbirlər həyata keçirir.
KitabYurdu.az
163
MÖVZU 13
MÜƏSSISƏ VƏ TƏŞKILATLARIN MALIYYƏSI
13.1. Istehsal müəssisələrinin (kommersiya müəssisələrinin)
maliyyəsi
1.
Müəssisələrin maliyyəsinin mahiyyəti və funksiyaları.
2.
Müəssisələrin maliyyəsinin təşkilinin prinsipləri.
3.
Müəssisənin gəlirləri və xərcləri.
4.
Müəssisələrin maliyyə sistemi ilə qarşılıqlı əlaqəsi.
5.
Müəssisələrin dövriyyə vəsaitləri.
6.
Kapital qoyuluşunun maliyyələşdirilməsi və kreditləşdirilməsi.
7. Maliyyə planlaşdırılması.
Dostları ilə paylaş: