Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə13/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
13


II mərhələ – dövlətin tərəfindən şüurlu korlanması, sikkənin metal məzmununun 
aşağı salınması; 
III mərhələ – dövlətin tərəfindən kağız pulların məcburi kurslarının təyin 
edilməsi. 
Kağız pulların istehsalı dövlət tərəfindən həyata keçirilir. Onun istehsalının 
müəyyən həddi vardır. Bu pulların mahiyyəti ondan ibarətdir ki, onlar dövlət tərəfindən 
özünün büdcə kəsirinin bağlanması üçün buraxılan pul nişanlarıdır. Kağız pulların 
emitenti dövlət orqanı olan xəzinədarlıqdır. Qeyri-sabitlik kağız pulların təbiətinə xas 
olan bir əlamətdir. Bu pullar dəfinə funksiyasını yerinə yetirməyə qadir deyillər. Elə 
buna görə də bu pullar daim pul dövriyyəsinin kollarında ilişib qalır və onu doldurur və 
artaraq qiymətdən düşür ki, son nəticədə inflyasiyanın yaranmasına səbəb olur. Hazırda 
bu proseslərin qarşısının alınması hər bir dövlət tərəfindən mərkəzi banklara həvalə 
edilmişdir. Mərkəzi Bank pul emissiyasının həddini müəyyən edir və onun tədavülə 
buraxılmasını öz üzərinə götürür. Beləliklə, Mərkəzi Bank pul emissiyasını həyata 
keçirir, özünün pul-kredit siyasəti vasitəsilə dövriyyədə olan pul kütləsinin sabitliyinin 
qorunmasına cavabdeh olur, pulun alıcılıq qabiliyyətinin, onun xarici valyutaya nəzərən 
dönərliliyinin, ölkədə inflyasiyanın minimum həddinin qorunub saxlanılmasının 
təminatçısı rolunu yerinə yetirir.
Əmtəə mübadiləsinin genişlənməsi ilə əlaqədar kommersiya və bank kreditliyinə 
gündən-günə artan tələbat Kredit pulların meydana gəlməsinə şərait yaratmış oldu. 
Kredit pullar öz inkişafında sonrakı mərhələlərdən keçmiş oldu: veksel, banknot, çek, 
elektron pullar və onların son növlərindən olan kredit kartları.
Veksel – qanunla müəyyən edilmiş qaydada tərtib edilmiş, üzərində göstərilən 
müddətdə və yerdə ödəniləcək məbləğ göstərilən borc öhdəliyidir. Veksellərin əsas 
xüsusiyyətləri: 
– mücərrədlik; 
– yəqinlik; 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin