6. Kredit təşkilatları tərəfindən göstərilən xidmətlərin ödənilməsi ilə əlaqədar
xərclər;
7. Sair əməliyyat xərcləri.
Satışdankənar xərclərə aiddir:
1. Müqavilə şərtlərini pozmağa görə cərimələr, penyalar, dəbbə pulu;
2. Müəssisə (təşkilata) dəymiş zərərin ödənilməsi;
3. Hesabat ilində etiraf edilmiş keçmiş ilin zərərləri;
4. Iddia müddəti bitmiş debitor borclarının, tutulmaq üçün qeyri-real olan digər
borcların məbləği;
5. Məzənnə fərqi;
6. Aktivlərin (dövriyyədənkənar aktivlər istina olmaqla) ucuzlaşması məbləği;
7. Sair reallaşdırılmamış xərclər.
Fövqəladə xərclərə təsərrüfat fəaliyyətinin fövqəladə vəziyyətinin nəticəsi kimi
əmələ gələn (təbii fəlakət, yanğın, qəza, əmlakın milliləşdirilməsi) xərclər aid edilir.
Təcrübədə ticarət və tədarük müəssisələrində gəlir (ümumi) əmtəələrin satışından
daxilolmalar ilə əmtəələrin alış dəyəri arasındakı fərq kimi müəyyən edilir. Ticarət
müəssisələrinin gəlirlərinin formalaşması mənbəyi aşağıdakılardır:
1. Maddi istehsal sferasında yaradılan və ticarətləri və s. vasitəsilə əmtəə tədavülü
dairəsinə verilən izafi məhsulun bir hissəsi;
2. Tədavül sferasında ticarət işçilərinin əməyi ilə yaradılmış izafi dəyərin bir
hissəsi. Praktiki olaraq ticarət fəaliyyəti üzrə gəlirlər ticarət güzəşti, əlavəsi, üstəliyi,
komision mükafatı və büdcədən ödəmələr hesabına əmələ gəlir.
Müəssisə və təşkilatlarda məsrəflərin idarə edilməsi məqsədi üçün xərclər ayrı-
ayrı maddələri üzrə nəzərə alınır.
KOMERSIYA MÜƏSSISƏLƏRININ MƏNFƏƏT VƏ RENTABELLIYI
Mənfəət məhsul (əmtəə və xidmətin) satışından gəlirlərin həmin məhsulun (əmtəə
və xidmət) istehsalı və satışı xərclərindən artığını ifadə edir. Başqa sözlə, müəssisənin
Dostları ilə paylaş: