Dövriyyə istehsal fondları və tədavül fondları daimi hərəkətdə olmaqla vəsaitlərin
dövriyyəsinin fasiləsiz prosesini təmin edir. Bu zaman avans edilən dəyərin formasının
daimi və qanunauyğun dəyişməsi baş verir. Onlar pul formasından əmtəə formasına,
sonra isə istehsal formasına (istehsal ehtiyatı) və yenidən əmtəə və pul formasına keçir.
P – Ə ------ Ə – I – Ə ------ Ə
1
– P
1
1
2
3
Birinci mərhələdə (P – Ə) dövriyyə vəsaitləri pul formasından istehsal ehtiyatı
formasına çevrilir (I×E). Bu mərhələdə tədavül sferasından istehsal sferasına keçid və
avans dəyəri pul formasından məhsuldar formaya çevrilir (P - I×E).
Ikinci mərhələdə (Ə – I – Ə) istehsal prosesi başa çatır. Bu mərhələdə satın alınan
material qiymətlilər, istehsal ehtiyatları əmək vasitələri və işçi qüvvəsilə birləşir, yeni
məhsul istehsal edilir. Dövriyyənin bu mərhələsində avans edilmiş dəyər yenidən öz
formasını dəyişir. Məhsuldar formadan əmtəə formasına keçir.
Dövriyyənin üçüncü mərhələsində hazır məhsullar satılır və pul vəsaitləri əldə
edilir. Bu mərhələdə dövriyyə vəsaitləri istehsal sferasından tədavül sferasına keçir və
yenidən pul forması alır.
Dövriyyə vəsaitləri aşağıdakı kimi təsnifləşdirilir:
I Dövriyyə vəsaitlərinin istehsal prosesində yeri və roluna görə dörd qrupa bölünür:
1. Istehsal ehtiyatlarında olan dövriyyə vəsaitləri;
2. Bitmiş istehsalda və gələcək dövrlərin xərclərində olan dövriyyə vəsaitləri;
3. Hazır məhsullardakı vəsaitlər;
4. Pul vəsaitləri və hesablaşmalarda olan vəsaitlər.
II Planlaşdırma səviyyəsinə görə dövriyyə vəsaitləri iki qrupa bölünür:
1. Normalaşdırılan;
2. Normalaşdırılmayan.
Normalaşdırılmayan dövriyə vəsaitləri pul vəsaitləri və hesablaşmalarda olan
vəsaitlərdir. Qalan dövriyyə vəsaitləri normalaşdırılmalıdır.
Dostları ilə paylaş: