texnoloji avadanlıqlar, təmir üçün və köməkçi materialları, azqiymətli və tez köhnələn
əşyalar, neft məhsulları, bitməmiş istehsal, gələcək dövrün xərcləri, hazır məhsullar.
Normalaşdırılmayan dövriyyə vəsaitlərinə daxildir: yüklənmiş mallar, təhvil
verilən işlərə görə sifarişçinin borcları, pul vəsaitləri, debitor borclarının bütün növləri,
sair aktivlər.
Müəssisə dövriyyə vəsaitlərinin ehtiyat norma və normativlərini sərbəst müəyyən
edir və əmtəə-material qiymətlilərin normadan artıq ehtiyatının əmələ gəlməsinə nəzarət
edir.
Maşın və mühərriklərin dəyişmə fondu üzrə xüsusi dövriyyə vəsaitinin normativi
keçən ildə dəyişmə əməliyyatlarının həcminə əsasən planlaşdırılan ildə tam komplektli
traktorların göndərilməsinin həcmi nəzərə alınmaqla müəyyən edilir. Dövriyyə
vəsaitinin norması keçən ildə xüsusi dövriyyə vəsaiti normativinin keçən ildə plan üzrə
dəyişmə əməliyyatlarının həcminə bölünməsi və planlaşdırılan ildə dəyişmə
əməliyyatlarının həcminə vurulması yolu ilə müəyyən edilir. Alınan nəticəyə nəqliyyat-
tədarük xərcləri nəzərə alınmaqla və artıq köhnəlmiş maşınların dəyəri çıxılmaqla
planlaşdırılan ildə göndərilən tam komplektli traktorların həcminin dəyəri əlavə edilir.
1.
Misal:
Əgər 100 təmir üçün traktorların mühərrikinin dəyişmə fondu 9 vahid
nəzərdə tutulubsa, plan üzrə 300 təmir nəzərdə tutulubsa, onda dəyişmə fondunun
norması 27 mühərrik təşkil edir (300×9/100).
Ehtiyat hissələri üzrə dövriyyə vəsaitinin norması keçən ildə kvartallıq və yaxud
aylıq tarixə minimum qalığın illik məsarifə bölünməsi yolu ilə müəyyən edilə bilər.
Ehtiyat hissələri üzrə xüsusi dövriyyə vəsaitinin normativi əldə edilən normanın
planlaşdırılan ildə ehtiyat hissələrinin məsarifinə vurulması yolu ilə müəyyən edilir.
2
. Misal:
Keçən ildə ehtiyat hissələrinin məsarifi 110 min manat olmuşdur,
minimum qalıq 5 min manat olmuşdur. Cari ehtiyat 16,0 yəni (5×360/110) günə
bərabərdir. Ona 2 gün əlavə edilir (material qiymətlilərin yolda olan müddəti). Nəticədə
ehtiyat hissələrinin qalıq norması 18 gün təşkil edir.
Dostları ilə paylaş: