Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə18/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
19


pullar tədavüldən tamamilə çıxdı, nağd və nağdsız formada çıxış edən kredit pulları 
hakim mövqe tutdular.
Pul tədavülünün müəyyən tarixə, müəyyən müddət üçün miqdar dəyişikliklərini, 
habelə pul kütləsinin artım tempi və həcminin tənzimlənməsi üzrə tədbirlərin işlənib 
hazırlanması üçün müxtəlif göstəricilərdən (pul aqreqatlarından) istifadə edilir. Pul 
aqreqatı pul kütləsinin həcminin və quruluşunun göstəricisidir. Aqreqatlaşdırma anlayışı 
altında bir–birindən likvidlik (yəni nağd pulla daha tez çevrilə bilmə qabiliyyəti 
imkanlığı) dərəcəsi ilə fərqlənən ayrı – ayrı pulun növləri və vasitələrinin birləşməsi 
başa düşülür. 
Inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə maliyyə statistikasında pul kütləsini 
müəyyən etmək üçün aşağıdakı pul aqreqatları toplusu – M
1,
M
2, 
M
3, 
M
4
tətbiq edilir. 
M

aqreqatı özündə tədavüldə olan nağd pulları (bank notları, sikkələri) və cari bank 
hesablarındakı vəsaitləri daxil edir. M

aqreqatı M

aqreqatından üstəgəl kommersiya 
banklarının 4 ilə qədər olan müddətli və əmanət əmanətlərindən ibarətdir. M
1,
M
2, 
aqreqatı üstəgəl
ixtisaslaşdırılmış kredit idarələrində əmanətləri əks etdirir. M
3, 
M
4
aqreqatı üstəgəl
iri kommersiya banklarının depozit sertifikatıdır.
Həmin aqreqatlar arasında tarazlıq olmalıdır. Əks təqdirdə pul tədavülündə 
pozğunluqlar baş verir, pul nişanlarının çatışmazlığı, qiymətlərin qalxması və s. 
xoşagəlməz hallar meydana gəlir.
Pul kütləsini müəyyən etmək üçün ABŞ–da 4, Yaponiyada və Almaniya 
Federativ Respublikasında 3, Böyük Britaniya və Fransada - 2 pul aqreqatından istifadə 
edilir.
Azərbaycan Respublikasında məcmu pul kütləsini hesablamaq üçün M
0,
M
1,
M
2, 
M
3,
pul aqreqatlarından istifadə edilir. M
0
dövriyyədə pul, M

-
M
0
üstəgəl tələb 
olunanadək əmanətlər və depozitlər, 
M

- M

üstəgəl müddətli əmanətlər,
M

-
M

üstəgəl işgüzar və əmanət sertifikatları, xarici valyuta ilə depozitlər.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin