Metal pul dövranında pul dövranı əmtəə dövranı kimi dəyərli dövran şəklində
çıxış edirdi. Cünki, metal pul istər qızıl, istərsə də gümüş şəklində özünün üzərində
olan nominalına uyğun dəyərə malik idi. Elə buna görə də pulun dəyər hərəkəti
əmtəənin dəyər hərəkəti ilə eyni vaxtda baş verirdi.
Dəyərin dövranı həm pul, həm də əmtəə dövranını özündə cəmləşdirirdi.
Müasir pul dövranı isə «dəyərli» dövran kimi qiymətləndirilə bilməz. Belə ki,
nominalla müqayisədə pul nişanlarının həm nağd, həm də nağdsız şəkildə dəyəri o
qədər aşağıdır ki, onun üzərində çox da dayanmaq lazım gəlmir. Buna görə də hazırda
ancaq əmtəə todavülünü dəyərli hesab etmək olar.
Pullar daim dövlətlə, təsərrüfat subyektləri və fiziki şəxslər arasında
hərəkətdədirlər. Pulların nağd və nağdsız şəkildə hərəkət edərək öz funksiyalarını
yerinə yetirməsi
Dostları ilə paylaş: