Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə23/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
25


keçirilirdi;
- Dövlət bankının nağd və nağdsız pul nişanlarının emissiyası mövcud idi; 
- bank multiplikatoru mexanizmi yox idi.
İqtisadiyyatın bazar modelində pul tədavülünün xüsusiyyətlərinə aşağıdakılar 
aiddir:
- təsərrüfatda ilk növbədə bazar münasibətlərinə, müəyyən hissə də amirlik 
münasibətlərinə xidmət edir.
- nağd və nağdsız pul tədavülü arasında dəqiq qanuniləşdirilmiş sərhəd yoxdur.
- Dövlət kommersiya bankları, hüquqi və fiziki şəxslərlə proqnoz planlaşdırma 
obyekti kimi xidmət edir.
- mülkiyyətin müxtəlif formalarının mövcudluğu şəraitində fəaliyyət göstərir.
- qeyri-mərkəzləşdirilmişdir: onun ayrı-ayrı mərhələləri müxtəlif kommersiya 
bankları və dövlət banklarında paylaşdırılmışdır.
- nağd və nağdsız tədavül bir-biri ilə sıx bağlıdır, nağdsız pul tədavülü yalnız nağd 
pul tədavülünün bazası üzərində həyata keçirilir.
- nağdsız pulların emissiyasını kommersiya bankları, nağd pul emissiyasını isə 
dövlət bankı həyata keçirir.
- bank multiplikatoru mexanizmi həyata keçirilir.
Pul tədavülü
 
əmtəə satışı və qeyri-əmtəə xarakterli ödəniş və hesablaşmalarla 
əlaqədar pulun nağd və nağdsız hərəkətidir.
Pul tədavülü kapitalın dövranına və dövriyyəsinə xidmət edir, məcmu ictimai 
məhsulun tədavülü və mübadiləsini özündə cəmləşdirir.
Azərbaycan Respublikasında nağd pul tədavülünün təşkili Milli Bankın üzərinə 
düşür. Belə ki, sxemdən göründüyü kimi Milli Bank nağd pul tədavülünün təşkili üçün 
aşağıdakı əməliyyatları yerinə yetirir:
Milli Bankın nağd pul tədaviülünün təşkili 
sxemi 
KitabYurdu.az 
26


-
Bundan başqa kredit təşkilatları üçün:
- Nağd pulun saxlanması;
- Daşınması və inkassasiya qaydası;
-
Pul nişanlarının ödəmə qabiliyyətsizliyini;
- Zədələnmiş kağız pulların dəyişdirilməsini; 
-
Zədəli pulların məhv edilməsini təmin edir.
Nağd pul tədavülü aşağıdakı prinsiplər əsasında aparılır:
1. Bütün müəssisə və təşkilatlar müəyyən olunmuş limit həddindən artıq nağd 
pullarını kommersiya banklarında saxlamalıdırlar.
2. İstənilən növ müəssisə və təşkilatlar üçün nağd pul qalıqları üçün banklar limit 
həddi müəyyən edir.
3. Nağd pul dövriyyəsi proqnoz planlaşdırmanın obyekti kimi çıxış edir.
4. Pul tədavülünün idarə olunması mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
5. Nağd pul tədavülünün təşkili pul dövriyyəsinin sabitliyini təmin etmək məqsədi 
güdür.
6. Müəssisələr nağd pulları ancaq onlara xidmət edən banklardan ala bilərlər.
Nağd pul emissiyası 
pulların tədavülə pul kütləsinin artması ilə baş verən 
buraxılışıdır.
Nağd pulların inhisarçı emissiya hüququ hər bir dövlətin mərkəzi bankına verilir 
ki, bu da bu bankı digər kommersiya banklarından fərqləndirən əsas cəhətlərdəndir.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin