3.9% artaraq 1662.5 mln. AZN təşkil etmişdir. Bunu ehtiyat pulların
quruluşu haqda
cədvəldən də görmək olar.
Ehtiyat pullar və onun struktur elementləri haqqında məlumat, mln.AZN
01.01.2007
01.02.2007
01.03.2007
01.04.2007
1.Ehtiyat pullar
2044.6
1596.8
1698.8
1798.4
2.Ehtiyat pullar
(manatla)
1599.5
1460.3
1563.7
1662.5
3.Dövriyyədə
olan pullar
1449.3
1324.4
1388.6
1482.8
4.Bank
ehtiyatları
594.9
271.9
309.5
314.9
5.Digər
depozitlər
0.4
0.4
0.7
0.7
Pul multiplikatoru
pul bazasının artması zamanı pul
təklifinin necə dəyişməsini
göstərir. Depozit əmsalı və ehtiyat normasının artması uyğun olaraq pul
multiplikatorunu azaltmış olur.
2.5. PUL AQREQATLARI
Pul aqreqatı
pul kütləsinin göstəricisidir.
Pul kütləsi
pul bazasının kommersiya bank
sistemində genişlənməsi ilə
yaranır və tədavüldəki nağd pullardan və müştərilərin hesablarındakı pul
qalıqlarından ibarətdir.
Statistikada pul aqreqatları müəyyən müddətdə pulun hərəkətindəki
dəyişikliklərinin təhlili üçün nəzərdə tutulmuşdur. Pul aqreqatlarının
düzülüşünün
əsasını maddi sərvətlərin likvidlik səviyyəsi ardıcıllığı təşkil edir. Maddi sərvətlərin
KitabYurdu.az
35
Iikvidliyi dedikdə onların tez bir zamanda böyük itkilər
vermədən pula çevrilmə
qabiliyyəti durur. Maddi sərvətlərin likvidliyi zamanla ölçülür. Bu sərvətlərin pula
çevrilməsi nə
qədər az müddətdə baş verərsə, demək onun likvidliyi bir o qədər
yüksəkdir. Demək ən yüksək likvidliliyə malik olan nağd pullardır.
Tədavüldə nağd pullar MO aqreqatı ilə müəyyənləşir.
Bu aqreqat özündə
banknotları, xəzinə biletlərini, və metal pulları cəmləşdirir.
MO aqreqatını pul bazasından fərqləndirmək vacibdir.
Belə ki, yuxarıda qeyd etdiyimiz kimi pul bazasının tərkibinə kommersiya banklarının
mərkəzi banklarda olan məcburi ehtiyyatları aiddir. Lakin MO aqreqatına
isə formal
olaraq bu ehtiyatlar daxil deyil.
Ardıcıl olaraq MO aqreqatına azdan başlayaraq likvidli vəsaitləri birləşdirərək
ondan sonrakı aqreqatları almaq olur.
Aqreqatların sayı və tərkibi ölkənin kredit sisteminin
struktur xüsusiyyətlərindən
və onun maliyyə bazarlarının inkişaf səviyyəsindən asılıdır.
İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin pul aqreqatları:
Dostları ilə paylaş: