Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə38/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
46


saxlanılması şərtlərindən asılı olaraq onların böyüklüyü müəyyən edilir. Ehtiyat 
fonduna obyektiv tələbat aşağıdakılarla şərtləndirilir: 
- iqtisadiyyatın nağd pula ehtiyacının təmin edilməsi zəruriliyi; 
- pulun yararsız vəziyyətə düşməsi ilə əlaqədar tədavüldəki pul kütləsinin 
təzələnməsi; 
- bütövlükdə ölkə üzrə pul kütləsinin mütləq kupyur tərkibinin saxlanması; 
- pul nişanlarının daşınması və saxlanılması xərclərini azaltmaq

KitabYurdu.az 
47


 
MÖVZU 4 
 
PUL DÖVRIYYƏSI VƏ HESABLAŞMALAR SISTEMI 
1.
Pul dövriyyəsi və onun təşkilinin prinsipləri. 
2.
Hesablaşmaların ümumi xarakteristikası. 
3.
Nağdsız hesablaşmalar sistemi. 
4.
Müəssisə və təşkilatların bankda hesabları,
hesabların açılması qaydası və onlarda aparılan əməliyyatlar. 
5 Nağdsız hesablaşmaların formaları və üstünlükləri. 
KitabYurdu.az 
48


PUL DÖVRIYYƏSI VƏ ONUN TƏŞKILININ PRINSIPLƏRI 
Pul dövriyyəsi pulun hərəkəti ilə əlaqədar münasibətləri ifadə edir. Pul 
dövriyyəsinin əsas hissəsi əmtəələrin alqı-satqısı prosesi ilə əlaqədardır. Müəssisələr 
istehsal etdikləri əmtəələri başqa müəssisə və təşkilatlara satırlar. Bundan başqa
əmtəələrin bir hissəsi əhaliyə satılır – kolxoz bazarında satılır. Həm də əhali arasında 
əmtəələrin alqı-satqısı baş verir. 
Pul dövriyyəsinin bir hissəsi müəssisə və təşkilatlarla işçilər arasında əmək haqqı, 
mükafatlar və digər ödəmələr prosesində əmələ gəlir. Pul dövriyyəsi həm də müəssisə 
və təşkilatlarla dövlət büdcəsi, sığorta orqanları, Sosial Müdafiə Fondu arasında, əhali 
ilə dövlət büdcəsi və sığorta orqanları arasında əmələ gəlir.
Pul dövriyyəsinin bir hissəsi xidmətedici müəssisələrlə digər müəssisələr və əhali 
arasında əmələ gəlir. Pul dövriyyəsi həm də kreditlərin verilməsi zamanı əmələ gəlir. 
Beləliklə, pul dövriyyəsi nağdsız köçürmələr və nağdı pulun vasitəsilə həyata keçirilən 
ödəmələrin məcmusundan ibarətdir.
Pul dövriyyəsi aşağıdakı prinsiplər əsasında təşkil edilir: 
- bütün müəssisə, idarə və təşkilatlar pul vəsaitlərini bankda saxlamalıdır; 
- müəssisə və təşkilatlar arasındakı hesablaşmalar bir qayda olaraq nağdsız 
hesablaşma yolu ilə aparılmalıdır; 
- hesablaşma sənədlərindən bankın iştirakı ilə ödəmələr aparıldıqda istifadə edilir. 
Pul dövriyyəsi quruluşuna görə iki hissəyə bölünür: 
1.
Əmtəələrin istehsalı və satışı ilə əlaqədar pul dövriyyəsi; 
2.
Qeyri-əmtəə xarakterli hesablaşmalarla əlaqədar pul dövriyyəsi. 
Birinci qrupa daxildir: müəssisələr arasında əmtəələrin satışı, müəssisə və 
təşkilatlarla əhali arasında əmtəələrin satışı, əhali arasında əmtəələrin satışı. 
Ikinci qrupa daxildir: fəhlə və qulluqçulara əmək haqqı və digər ödənişlərin 
verilməsi, xidmətlərin ödənilməsi, pensiya və müavinətlərin verilməsi, vergilərin 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin