6.
Nəqliyyat, kommunal və məişət müəssisələrində istismar xərclərinin
ödənilməsi ilə əlaqədar hesablaşmalarda.
Qeyri-əmtəə əməliyyatları üzrə ödəmə tapşırıqlarından
büdcəyə ödənişlər, bank
kreditlərinin və kreditlər üzrə faizin ödənilməsində dövlət və ictimai sığorta orqanlarına
vəsait köçürülməsində, nizamnamə fondunun yaradılmasında,
eləcə də cərimələrin və
digər faiz ödənişlərinin ödənilməsində istifadə olunur. Ödəmə tapşırıqları bank
tərəfindən qəbul edilmiş formada xüsusi blankda texniki vəsaitdən istifadə olunmaqla 4
nüsxədə tərtib edilir.
1-ci nüsxə ödəyici bankda vəsaitin silinməsinə əsas verən sənəd kimi qəbul edilir
və həmin bankda saxlanılır, 4-cü nüsxə ödəmə tapşırıqlarının icra olunmağa qəbul
edilməsini təsdiq edən sənəd kimi ödəmə tapşırıqları verən müəssisəyə qaytarılır və
qəbz rolu oynayır, 2 və 3-cü nüsxələr isə satıcıya xidmət edən banka göndərilir. Bu
zaman 2-ci nüsxədən vəsaitlərin satıcının hesabına daxil edilməsini
təsdiq edən sənəd
kimi istifadə olunur və bankın gündəlik sənədlərində saxlanılır. 3-cü nüsxə isə satıcının
hesabında əməliyyatların aparılmasını təsdiq edən sənəd kimi şəxsi hesabdan
çıxarılmaqla birlikdə satıcı təşkilata verilir. Ödəmə tapşırıqları
icra üçün onun
hesabındakı vəsait ödənişə tam taminat verdikdə qəbul edilir. Yəni ödəyicinin
hesabındakı vəsaitlər ödənişi tam təmin etməzsə və yaxud onun hesabında
vəsait
olmazsa, ödəmə tapşırığı bank tərəfindən icra üçün qəbul edilmir. Bank isə hesab sahibi
arasında ödəmə tapşırığının icraya qəbul edilməsi haqda başqa şərt də müəyyən oluna
bilər. Bu halda sənədlər icra üçün həmin şərt daxilində qəbul edilir. Məsələn, ödəyici
təşkilat bankdan kredit
almaq hüququna malik olarsa, ödəniş bank krediti hesabına
aparıla bilər. Yəni, sənədin təqdim olunma tarixinə müəssisənin hesabında vəsait
olmazsa, lakin müəssisə bankdan kredit almaq imkanına
malik olarsa, ödəmə tapşırığı
bank tərəfindən icra üçün qəbul edilə bilər. Ödəmə ğapşırıqları yazıldığı gündən üç
təqvim günü müddətinə etibarlıdır (yazıldığı gün nəzərə alınmır). Yəni üç gün ərzində
müəssisə onu banka təqdim edə bilər.
Dostları ilə paylaş: