Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə43/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
55


Ödəmə tapşırıqlarından eyni zamanda hesablaşmaları müntəzəm xarakter daşıyan
müəssisələr arasında tətbiq olunan planlı ödəniş qaydasında aparılan hesablaşmalarda 
da istifadə olunur. Bu zaman hesablaşmalar yola salınan mal üzrə deyil, müəyyən 
olunmuş tarixlərdə dövri olaraq vəsait köçürmək yolu ilə həyata keçirilir. Planlı ödəniş 
qaydasında hesablaşmalarda bir-biri ilə müntəzəm əlaqədə olan müəssisələrin 
hesablaşmalarında istifadə olunur. Məsələn, ticarət təşkilatları ilə ticarətə, hər gün və 
ya günaşırı mal verən təşkilatlar arasında və ya hər gün yanacaqdan istifadə edən 
müəssisə ilə yanacaq verən müəssisə arasındakı planlı ödəniş qaydasında hesablaşmalar 
mütərəqqi hesablaşma qaydası hesab olunur. Belə ki, hesablaşmalar malın 
göndərilməsindən asılı olmayaraq aparılır. Belə qayda eyni zamanda hesablaşmaları 
sadələşdirir və qarşılıqlı debitor və kreditor borclarının yaranmasına imkan vermir. 
Tərəflər arasında bağlanan müqaviləyə əsasən tərəflər bir-birinə mal göndərilməsini 
davam etdirir. Ödəyici təşkilat isə tərəflər arasında razılaşdırılmış müddətlərdə, eləcə də 
hər ayın sonuncu günü ödəniş aparır. Axırıncı gün ödəniş ilə göndərilmiş mal məbləği 
müqayisə edilir və borclu tərəf öz borcunu ödəməli olur. Yəni, alıcı az mal göndəribsə, 
gələcək mal göndərişində onu nəzərə alır. Ödəyici təşkilat az ödəyibsə, ödəmə tapşırığı 
vasitəsilə həmin kəsiri ödəməli olur.
ÇEKLƏRLƏ VƏ AKKREDITIVLƏRLƏ ÖDƏMƏ 
Hazırda nağdsız hesablaşmaların bir forması da çeklər ilə hesablaşmadır. Çek 
ödəycinin onun hesabından müəyyən məbləğin ödənilməsi haqqında öz bankına verdiyi 
yazılı sərəncamdır. Çeklərin 
pul 
və 
hesablaşma çekləri
forması mövcuddur. Pul çekləri 
müəssisənin hesabından nağdı pulun alınması üçün istifadə edilir. Əmək haqqına, 
təsərrüfat ehtiyaclarına, ezamiyyə xərclərinə, pensiya, təqaüd verilməsinə və eləcə də 
digər məqsədlər üçün banklardan nağdı pulun alınması pul çekləri vasitəsi ilə aparılır. 
Hesablaşma çekləri isə nağdsız hesablaşmaların bir forması kimi tətbiq olunur və 
hesablaşma çeki dedikdə ödəyicinin onun hesabından müəyyən məbləğin silinib başqa 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin