Akkreditiv açmaq üçün sərəncamla emitent banka müraciət edən alıcı banka ərizə
ilə müraciət edir.
Ərizədə aşağıdakılar göstərilir:
1)
Mal göndərənin adı;
2)
Akkreditivin məbləği;
3)
Akkreditivin müddəti;
4)
Ödənişin hüquqi əsası;
5)
Malların və xidmətlərin adı, qiyməti, sayı.
Göstərilən rekvizitlərdən biri olmadıqda emitent
bank tərəfindən akkreditiv
açılmır.
Akkreditivin açılması haqqında məlumat satıcı
təşkilata poçt akkreditivi
formasında iki üsulla çatdırıla bilər:
1)
Xidmət göstərilən bank vasitəsi ilə;
2) Bonifisar vasitəsilə təqdim etmək yolu ilə.
Birinci halda akkreditiv ərizəsi 4 nüsxədə, ikinci halda isə üç nüsxədə tərtib edilir.
Hər iki halda ərizənin ikinci nüsxəsi bankın möhürü ilə təsdiqlənərək üçüncü nüsxə ilə
birlikdə satıcıya çatdırılır. Birinci halda o hesablaşma-kassa mərkəzi vasitəsi ilə və ya
poçtla, ikinci halda isə akkreditivin açılması
üçün banka müraciət edənin
müvəkkillərinə verilir ki, o da öz növbəsində ərizənin ikinci nüsxəsini benifisiara verir.
Üçüncü nüsxəni isə özündə saxlayır. Benifisiar
bank akkreditivin həqiqiliyini, onun
zahiri əlamətlərinə görə diqqqətlə yoxlamalıdır. Akkreditiv alıcının xüsusi vəsaiti və ya
bank krediti hesabına açıla bilər. Hər iki mənbədən
istifadə etməklə akkreditiv
açılmasına icazə verilmir. Akkreditivin qüvvədə olması müddəti də akkreditiv açılması
üçün banka müraciət edən tərəfdən müstəqil qaydada müəyyən edilir. Akkreditiv ssuda
hesabına
açılarsa
onun
müddəti ssudanın müddətinə uyğunlaşdırılmalıdır.
Akkreditivdən bir müştəri adına açılmış müəssisə istifadə edə bilər.
Akkreditiv
göstərilən müddətdə istifadə edilməzsə o bağlanır və
məbləğ aidiyyat üzrə qeri
qaytarılır.
Dostları ilə paylaş: