Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə47/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
59


Akkreditiv üzrə ödənişləri həyata keçirmək üçün satıcı təşkilat akkreditiv 
şərtlərində nəzərdə tutulan sənədləri banka təqdim etməlidir. Bank həmin sənədlərin 
(mal nəqliyyat sənədləri, yola salınmış mallar üzrə hesab qaimə) qanuniliyini yoxlayır 
və onun qanuniliyinə əmin olduqdan sonra icra üçün qəbul edir. 
Əvvəllər nisbətən geniş yayılmış, hazırda isə bəzi hallarda tətbiq olunan 
hesabalaşma formalarından biri də ödəmə tələbnaməsi-tapşırığı vasitəsi ilə aparılan
hesablaşmadır. Hesablaşmanın bu forması bankın inkasso əməliyyatı ilə əlaqədardır. 
Inkasso əməliyyatı zamanı ödəmə tələbnaməsi-tapşırığı müəssisə tərəfindən ona xidmət 
edən banka təqdim olunur və ödəniş üçün həmin hesablaşma sənədləri satıcıya xidmət 
edən bank vasitəsi ilə alıcı bankına göndərilir. Satıcı təşkilat həmin sənədi özünə 
xidmət göstərən banka təqdim etmədən ödəyici təşkilata da göndərə bilər. Göründüyü 
kimi, hesablaşmanın bu formasında hesablaşma əməliyyatları və yaxud hesablaşmanın 
aparılma təşəbbüsü satıcı təşkilata məxsusdur və ondan başlanır. Ona görə də 
hesablaşmaların təşkili prinsipinə görə ödəniş üçün təqdim olunan tələbnamələr 
ödəyicinin razılığı əsasında ödənilməlidir. Yəni ödəyici tərəfindən akseptləşdirilməlidir. 
Ona görə də hesablaşmanın bu forması aksevt hesablaşma forması kimi qəbul 
edilmişdir. Ödəyicinin razılığını almaq məqsədilə ödəyici bankında həmin tələbnamə 
xüsusi jurnalda qeydiyyatdan keçirilir və irtizam qaydasında akseptləşdirmək üçün, yəni 
ödənişə münasibətləri bildirmək üçün ödəyici təşkilata verilir. Akseptin müxtəlif 
formalarından istifadə olunur. Belə ki, müsbət aksept, mənfi aksept əvvəlcədən və 
sonradan aksept, tam və qismən aksept, eləcə də malın və hesablaşma sənədlərinin 
aksepti formaları vardır.
Müsbət aksept dedikdə ödəyici təşkilatların hər bir ödəniş sənədi üzrə ödənişə 
razılığını yazılı surətdə banka təqdim etməsi başa düşülür.
Mənfi akseptdə isə ödəyici təşkilat yalnız ödənişdən imtina zamanı yazılı surətdə 
banka məlumat verir, ödənişə razılığı isə yalnız susmaqla bildirir, yəni ödəniş üçün 
ayrılmış müddət ərzində ödəyici təşkilat ödəniş üzrə narazılığını bildirməzsə, həmin 
sənəd akseptləşdirilmiş hesab edilir və ödəniş üçün qəbul edilir. Müddətlərinə görə 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin