müştərilərə düz bir ildən sonra televizorlar üçün ödənilən bütün pullar geri qaytarılacaq.
Təbii ki, belə təklif alıcıların ciddi marağına səbəb oldu. Şirkət külli miqdarda televizor
satışına nail oldu. Bir ildən sonra yapon firması söz verdiyi kimi satdığı
bütün
televizorların pulunu müştərilərə geri qaytardı. Amma fərq nədən ibarət idi:
keçən il
həmin pula bir televizor almaq mümkün idisə, bir ildən sonra, yəni müştərilərə alınmış
televizorların
keçən ilki dəyərini ödəyəndə, bu məbləğə bir uşaq oyuncağı
almaq belə
mümkün deyildi. Inflyasının bir illik tempini proqnozlaşdıran şirkət bu əməliyyatda çox
qazandı.
1923-cü ildən qalma inflyasiya ilə bağlı məşhur bir fotoşəkil var.
Böyük bir at
arabasıdır, kiçik bir vergi məbləğinin ödənməsini həyata
keçirmək üçün arabaya küli
miqdarda pul yığıb aparırlar. O qədər pul yığılmışdır ki, onu sadəcə əl ilə hər hansı bir
çantada və ya torbada daşımaq mümkün deyildir.
Təsəvvür
etmək çətindir ki, Almaniyada 1923-cü ildə qiymətlər 1913-cü ilə
nisbətən 5 trilyon dəfə qalxmışdır. Sonrakı dövrlərdə də ayrı-ayrı
ölkələrdə
inflyasiyalar olmuşdur.
Inflyasiyanın əsas mahiyyətinin açılması və onunla
səmərəli mübarizə aparmaq
üçün ilk növbədə onun səbəblərinin açılması olduqca vacibdir. Hər hansı xəstəliklə
mübarizə aparmaq və onu müalicə etmək üçün ilk növbədə onun diaqnostikasını
qoymalı və xəstəliyin səbəblərini aydınlaşdırmaq lazımdır. Başqa cürə xəstəliyi müalicə
etmək mümkün deyildir.
Inflyasiyanın da hər şeydən əvvəl səbəbləri açıqlanmalıdır. 1929-1933-cü illərin
iqtisadi böhranından başlayaraq müasir dövr inflyasiyası ictimai istehsalın
quruluşundakı qeyri-tarazlıqlarla səbəblənir. Onların ən mühümləri istehlakla yığım
arasındakı, yığımla investisiya arasındakı, tələbin quruluşu ilə təklifin quruluşu, istehsal
vasitələrinin istehsalı ilə istehlak mallarının istehsalı, sənaye ilə kənd təsərrüfatı,
dövlətin gəlir və xərcləri, borc kapitalların mənbələrinin miqyasları ilə onlardan istifadə
miqyasları və s., ən nəhayət əmtəə kütləsi ilə pul kütləsi arasındakı qeyri-tarazlıqdır.
Dostları ilə paylaş: