Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə51/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
65


Ictimai təkrar istehsalın bu və ya digər ziddiyyətləri həm əmtəələrin istehsalı və 
təklifi sahəsində, həm də pul tədavülü sahəsində fəaliyyət göstərən inflyasiya amillərini 
meydana gətirir.
Inflyasiya mexanizmi aşağıdakı amillərlə bağlıdır: 
1.
Iqtisadiyyatın silsiləvi inkişafı; 
2.
Inhisarçı qiymətqoyma; 
3.
Iqtisadiyyatın hərbiləşdirilməsi; 
4.
Dövlət maliyyəsinin böhranı; 
5.
Iqtisadiyyatın dövlət tənzimlənməsi; 
6.
Hədsiz investisiyalar və kredit ekspansiyası; 
7.
Tədavüldəki pulun miqdarı; 
8.
Xərclərin artımı; 
9. Inflyasiyanın xarici iqtisadi amilləri. 
Inflyasiyanın pul və qeyri-pul amillərin təsiri altında yaranması mümkünlüyü 
onun aşağıdakı iki növünün fərqləndirilməsinə səbəb olur: 
1.
Tələb inflyasiyası – O, pullu tələbin əmtəə tələbindən çox olmasını yaradan 
pul amillərinin təsirindən irəli gəlir. 
2. Xərclər inflyasiyası – O, xammal, material, yanacaq, işçi qüvvəsinin 
çatışmazlığı və yaxud bahalaşması, inhisarçı qüvvələrin təsiri səbəbindən xərclərin, yəni 
maya dəyərinin artmasına və qiymətlərin qalxmasına və bunun ardınca pul kütləsinin 
genişlənməsinə səbəb olan qeyri-pul amillərindən irəli gəlir. 
Qiymətlərin artım sürətindən asılı olaraq inflyasiyanın üç növünü fərqləndirirlər: 
1. Mötədil inflyasiya. Qiymətlərin orta illik artım sürəti 5-10 %-dir; 
2. Çapacaq inflyasiya. Qiymətlərin artım sürəti 10-1000 %-ə çatır. 
3. Hiperinflyasiya. Qiymətlərin orta illik artım sürəti 1000 %-dən çoxdur. 
Bir qayda olaraq inflyasiya pulun aşağıdakılara nisbətən dəyərsizləşdirilməsində 
təzahür edir: 
KitabYurdu.az 
66


1. Əmtəələrə nisbətən. Burada qiymətlərin ümumi dinamikası əmtəə dəyərinin 
dinamikasından getdikcə fərqlənir, ayrı düşür. Bu, topdansatış tədarük, tikinti, 
nəqliyyat, xarici ticarət və s. qiymət və tariflərdən ibarət vahid qarşılıqlı tərzdə əlaqəli, 
bütöv bir silsiləyə aiddir ki, onun da zirvəsində əmtəə və xidmətlərin pərakəndə satış 
qiymətləri durur. Qiymətlərin ümumi artımına müvafiq olaraq pulun alıcılıq qabiliyyəti 
aşağı düşür.
2. Qızıla nisbətən. Qızılın keçmişdə pul olması onun indi də kapital və yığımları 
inflyasiya nəticəsində dəyərsizləşmədən və daha mümkün ola bilən itkilərdən qorumaq 
məqsədilə maliyyə aktivi kimi alınmasına səbəb olur. Ölkənin iqtisadi çətinliklərlə 
üzləşdiyi, dəyərsizləşən milli valyuta inamsızlığının gücləndiyi dövrlərdə qızılın aktiv 
rolu artır. Milli valyutanın qızıla nisbətən dəyərsizləşməsi baş verir ki, bu da qızılın 
bazar qiymətinin artması şəklində özünü biruzə verir.
3. Xarici valyutaya nisbətən. Bu, milli valyuta məzənnəsinin aşağı düşməsində 
özünü göstərir. 
INFLYASIYANIN INKIŞAF QANUNAUYĞUNLUQLARI VƏ NƏTICƏLƏRI 
Dünya təcrübəsindən məlumdur ki, inflyasiya öz inkişafında üç mərhələdən keçə 
bilər: 
1. Birinci mərhələdə tədavüldəki pul kütləsinin artım sürəti dəyərsizləşmə sürətini 
(qiymətlərin artım sürətini) üstələyir. Bu hal müharibəqabağı və müharibə dövrünün 
iqtisadi artım şəraitində istehsalın süni şəkildə canlandırılmasından ötrü tədavülün pula 
olan tələbatının müəyyən dərəcədə artması ilə izah oluna bilər.
2. Qiymətin əmələ gəlməsində məhdudlaşdırıcı tədbirlərsiz tədavüldəki pul 
kütləsinin böyüməsi inflyasiyanı inkişafının ikinci mərhələsinə keçirir. Burada pulun 
dəyərsizləşmə sürəti (qiymətlərin artım sürəti) pul kütləsnin artımını getdikcə üstələyir. 
3. Inflyasiyanın inkişafında mövcud ola bilən üçüncü mərhələ pul kütləsinin 
genişlənməsi sürəti ilə qiymət artımı sürəti arasındakı dəyişən nisbətlə səciyyələnir.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin