Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə53/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
69


Bunların vasitəsilə pul kütləsi və kreditləşmə imkanları genişlənir və ya 
məhdudlaşır. 
Inflyasiyanın tənzimlənməsinin əsas üsulları əksər ölkələr üçün eynidir. Lakin bu 
üsulların konkret tərkibi, bir-biri ilə əlaqələndirilməsi, tətbiq ardıcıllığı, konkret 
məzmunu ölkədən-ölkəyə fərqlənə bilər.
PUL ISLAHATLARININ MAHIYYƏTI VƏ NÖVLƏRI 
Pul islahatları pul sisteminin nizama salınması və möhkəmləndirilməsinə nail 
olmaqdan ötrü pul tədavülü sahəsində dəyişikliklərin edilməsi üzrə tədbirlər 
toplusudur. Pul islahatlarının məqsədi inflaysiyanın mənfi nəticələrinin aradan 
qaldırılmasıdır. Lakin islahatların həyata keçirilməsi üsulları ölkənin iqtisadi və siyasi 
inkişaf səviyyəsindən, ölkədəki konkret iqtisadi və sosial vəziyyətindən, inflyasiyanın 
müxtəlifliyindən və səbəblərindən, pulun dəyərsizləşməsi dərəcəsindən, inflyasiya 
nəticələrinin səciyyəsindən, cəmiyyətin müxtəlif təbəqələrinin mənafeləri və qüvvələri 
arasındakı nisbətdən və sairlərdən asılı olaraq fərqlənir.
Pul islahatları çox vaxt iqtisadi islahatların tərkib hissəsi kimi çıxış edir və buna 
görə də onların konkret məzmunu və istiqamətlənməsi iqtisadi islahatların məzmunu, 
məqsəd və vəzifələrindən irəli gələ bilər. Bununla əlaqədar olaraq dünya təcrübəsində 
pul islahatlarının bir neçə növü məlumdur: 
1. Denominasiya, yəni pul nişanlarının nominal dəyərinin dəyişdirilməsi və 
onların iri nominallı pul nişanları ilə əvəz edilməsi. Dəyişmə nisbətinə müvafiq 
qaydada qiymətlər, tariflər, əmək haqları və digər dəyər göstəriciləri yenidən 
hesablanır. Məsələn, Fransada 1998-1960-cu illərdə frankın yeni nişanının 100 köhnə 
nişana nisbəti ilə denominasiyası keçirilmişdir. Rusiya Federasiyasında rublun 1997-ci 
il denominasiyası 1/1000 nisbəti ilə keçirilmişdir. Azərbaycan Respublikasında 2006-cı 
il denominasiyası 1/5000 nisbəti ilə keçirilmişdir. 
2. Pul sistemində qismən dəyişikliklər. Məsələn, banknotların emissiya qaydası, 
təminatı, qiymətlər miqyası, pul vahidinin adının dəyişdirilməsi. 1939-cu ildə Fransada 
banknotların qızıl təminatı ləğv edildi. ABŞ banklarındakı depozitlərin 25%-lik qızıl 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin