Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə59/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
78


KREDITIN FORMALARI VƏ NÖVLƏRI 
Kreditin əsas iki forması mövcuddur – kommersiya və bank krediti. 
Kommersiya krediti zamanı kreditor kimi təsərrüfat subyektləri, yəni müəssisə, 
firma, şirkətlər çıxış edirlər. Kreditin bu forması bir mal istehsalçısının və yaxud malın 
topdan satışının digər müəssisəyə əmtəənin nisyə satışı zamanı meydana gəlir. Deməli, 
kommersiya kreditinin əsasında satıcı müəssisənin əmtəə dəyərinin ödənilməsi üzrə 
möhlət verməsi və müəyyən edilmiş müddət keçdikdən sonra əmtəə dəyərini ödəmək 
öhdəliyi kimi alıcı müəssisənin veksel verməsi durur. Bu səbəbdən kommersiya 
kreditinə veksel krediti də deyilir. Göründüyü kimi, kommersiya kreditinin obyekti 
dəyərin əmtəə formasıdır, aləti isə kommersiya vekselidir. O, əsasən qısamüddətli (1 ilə 
qədər) səciyyə daşıyır. Onun iştirakçıları təsərrüfat fəaliyyətinin subyektləri olduğundan 
kommersiya krediti topdansatış münasibətlərdə tətbiq olunur. Kommersiya krediti 
daxilindəki ödəmə möhləti məhsul satışının davamı kimi çıxış edir.
Bank krediti kreditin ən geniş yayılmış formasıdır. Məhz banklar krediti ən çox 
müvəqqəti maliyyə yardımına ehtiyacı olanlara verir. Bu da təsadüfi deyil, çünki əsas 
fəaliyyəti kredit işi olan banklar xüsusi bir subyektdir. Bank kreditinin başlıca 
xüsusiyyəti ondadır ki, geri qaytarılma əsasında pul vəsaitlərinin dönə-dönə dövranı və 
dövriyyəsini həyata keçirən banklar daha çox şəxsi kapitalından deyil, cəlb edilmiş 
resurslardan istifadə edir. Bir subyektdən borca götürdüyü pul vəsaitlərini bank digər 
hüquqi və fiziki şəxslər arasında yenidən bölüşdürür. Eyni zamanda, bank təkcə pul 
vəsaitlərini deyil, pulu kapital şəklində borc verir. Bu o deməkdir ki, borc alan bankdan 
götürdüyü vəsaitləri elə istifadə etməlidir ki, təkcə onların kreditorlara qaytarılmasını 
deyil, həm də ən azı borc faizini ödəməkdən ötrü kifayət qədər mənfəət əldə etsin.
Bank kreditinin obyekti ticarət və sənaye kapitalından ayrılmış pul kapitalıdır. 
Borcalan kimi dövlət, fiziki və hüquqi şəxslər, o cümlədən bankların özü də çıxış edir. 
Kommersiya kreditinin miqyasları hər bir halda ticarət və sənaye kapitalı ehtiyatları ilə 
müəyyən olunur və məhdudlaşır.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin