müəssisəsi, ya da mənzili (evi) tikən şirkət tərəfindən müvafiq olaraq pul və ya natural
şəkildə verilir. Bu zaman girov iltizamı (girovnamə) tətbiq olunur. Bu sənəd borc alan
mənzil kreditini hissə-hissə müəyyən müddət ərzində kreditora qaytamaq öhdəliyini icra
edə bilmədikdə kreditora mənzili (evi) müsadirə etmək hüququ verir.
Kreditin bu
növünə ipoteka krediti yaxındır. Bu sırf daşınmaz əmlakın girovu üzrə verilən kreditdir.
Kreditin digər növü dövlət kreditidir. Dövlət krediti o zaman meydana gəlir ki,
kreditor və yaxud borcalan sifətində dövlətin özü (mərkəzi
hökumət və yerli
hakimiyyət) çıxış etdikdə dövlət büdcə xərclərinin təmin edilməsindən ötrü borc
kapitallar bazarında öz borc öhdəliklərini yerləşdirməklə büdcəyə əlavə vəsait cəlb edir.
Dünya
təcrübəsinin
göstərdiyi
kimi,
daxili
borclar
dövlət
xərclərinin
maliyyələşdirilməsinin vergilərdən sonra ikinci mənbəyidir.
Eyni zamanda büdcə
kəsirinin örtülməsi məqsədi ilə borc vəsaitələrdən istifadə olunmasının miqyasları
resursların səmərəli və qənaətli istifadəsi nöqteyi-nəzərdən məhdudlaşdırılır. Çünki
borcu müəyyən vaxtdan sonra qaytarmaq gərəkdir.
KREDITIN SƏRHƏDLƏRI VƏ IQTISADIYYATDA ROLU
Kreditin əsaslandırılmış tətbiq sərhədlərinin müəyyən
edilməsi və onlara riayət
olunması həm kredit əlaqələrinin iştirakçıları üçün, həm də bütövlükdə iqtisadiyyat
üçün vacibdir.
Bu onunla izah olunur ki, kreditləşmə yalnız həcmdə edildikdə onun
iqtisadiyyata təsiri müsbət olur. Çox vaxt kredit artıq həcmdə verildiyindən
müəssisələrin vəsaitlərindən qənaətlə istifadə olunmasında istehsal və satış proseslərinin
sürətlənməsində, bütövlükdə kapitalın dövran və dövriyyəsinin
səmərəliliyinin
yüksəldilməsində marağı zəiflədir. Nəticədə təkrar istehsal proseslərinin zəifləməsi baş
verir. Əksinə, iqtisadi subyektlərin kreditə olan tələbatları tam ödənilmədikdə onların
fəaliyyətində çətinliklər yarana bilər ki, bu da yenə təkrar
istehsal proseslərinin
ləngiməsi deməkdir. Deməli, kreditin sərhədləri hər dəfə düzgün müəyyən edilməlidir.
Bu həm kommersiya, həm bank kreditinə aiddir.
Dostları ilə paylaş: