Maliyyə bazarı olduqca geniş anlayışdır. Ona görə ki, o təkcə milli iqtisadiyyatın
maliyyə
tərəflərini dyeili, həmçinin kredit münasibətlərinin müxtəlif formalarını
əhatə
edir. Ümumi şəkildə maliyyə bazarını iki yerə bölmək olar: bank kreditləri bazarı və
qiymətli kağızlar bazarı.
Bank kreditləri bazarı kredit idarələri tərəfindən verilərək, ödənişli və qaytarılan
ssudalar üzrə meydana çıxan münasibətləri əhatə edir. Bank
kreditlərinin hərəkəti və
ümumiyyətlə, kredit bazarı iqtisadi inkişafın nəticəsində xeyli genişlənmiş və maliyyə
bazarından ayrılaraq müstəqil fəaliyyət sahəsinə çevrilmişdir.
Kredit bazarı özü əsasən iki mərhələdən ibarətdir: topdansatış kredit bazarı və
pərakəndə satış bazarı. Topdansatış kredit bazarı kreditin banklararası faiz normasını
müəyyən edir və adətən banklararası birjalarda həyata keçirilir. Topdansatış
kredit
bazarı Mərkəzi Bankın keçirdiyi kredit hərracları ilə məhdudlaşır. Topdansatış kredit
bazarı mərkəzi banklarla müvəkkil banklar arasındakı kredit münasibətlərini ifadə edir.
Bu bazarlarda müvəkkil banklara verilən kreditlərin faizləri
və müddətləri müəyyən
edilir.
Kreditin pərakəndə satış bazarı kreditin banklar tərəfindən müştərilərə satılması
münasibətlərini ifadə edir və kreditlərin pərakəndə satış faizlərini müəyyənləşdirir.
KitabYurdu.az
84
MÖVZU 7
KREDIT SISTEMI
1
.Kredit sistemi haqqında anlayış.
2. Bankların yaranması və inkişafı.
3. Bank sisteminə daxil olan qurumlar.
4. Azərbaycan Respublikasının Mərkəzi Bankı.
5. Mərkəzi Bankın funksiyaları və vəzifələri.
6. Kommersiya bankları və onların yerinə yetirdikləri
əməliyyatlar.
7. Digər maliyyə-kredit qurumları və onların fəaliyyət
sahələri.
Dostları ilə paylaş: