Bankların yaranma tarixi ayrı-ayrı iqtisadçı və ya tarixçilər tərəfindən müxtəlif
cür qiymətləndirilir. Göstərmək lazımdır ki, bank italyanca «banko» sözündən
götürülmüş, hərfi mənada stol deməkdir. Hətta bu sözün mahiyyətinə uyğun olaraq
qədim Yunanıstanda bankirlərə trapezidlər (trapeza – stol deməkdir), qədim Romada
mensarlar (mensa – stol deməkdir) deyirdilər.
Iqtisdiyyat inkişaf etdikcə ticarətə, alqı-satqıya daha çox ehtiyac yaranırdı.
Bununla əlaqədar olaraq malların alınıb-satılması üçün qızıldan istifadə olunmağa
başlanmışdır. Amma istehsal elə bir səvəyyəyə çatırdı ki, artıq malların qızıl örtüyünü
daşımaq çətinləşirdi, həm də artıq xərc tələb edirdi. Buna görə qızıl ustaları meydana
gəldi, onlar xüsusi yerlər, zirzəmilər hazırlayaraq qızılları saxlamaq üçün qəbul etməyə
başladılar. Tacirlər müəyyən müddət üçün xidmət haqqı ödəyərək qızıllarını orada
saxlayırdılar. Onlar isə təbii ki, bu qızılların qəbulu haqqında əks tərəfə qəbz verirdilər.
Tezliklə mallar bu qəbzlərlə alınıb-satılmağa başlandı. Sonralar kağız pullar buraxılaraq
ehtiyat azaldıldı. Bank sözü də stol arxasında oturaraq pulların dəyişdirilməsi və ya
saxlamaq üçün alınması prosesi ilə əlaqədar yaranmışdır.
Sonralar bankirlər pulların saxlanması və hesablaşmalarla yanaşı, kredit də
verməyə başladılar. Bizim eradan əvvəl VI əsrdə qədim Babilistanda, IV əsrdə
Yunanıstanda əmanət alıb ssuda verən təşkilatlar var idi. Amma bunlar əsl bankir
deyildi. Əsl maliyyə-kredit institutu kimi bank 1407-ci ildə Italiyanın Genuya şəhərində
yaradılmışdır.
Amma bütün bunlarla yanaşı, normal bank sisteminin yaranması XVII əsrə
təsadüf edir. Ingiltərədə ilk dəfə XVII əsrin sonunda banklar əsasən ticarət-sənaye
sahələrinin genişləndirilməsi ilə məşğul olurdular.
Azərbaycanda da ayrı-ayrı şəhərlərdə həmin dövrlərdən başlayaraq bank işi
inkişaf etməyə başlamış, XIX əsrin sonu və XX əsrin əvvəllərində sənayenin sürətli
inkişafı ilə əlaqədar bir çox kooperativ və səhmdar banklar yaranmışdır. Lakin 1917-ci
il kommunist inqilabından və 1920-ci il Sovet Ittifaqından sonra bank sistemi
bütünlüklə kommunist müstəmləkə sisteminə uyğunlaşdırılmış, tamamilə mərkəzin
Dostları ilə paylaş: