ödənişlərin ixtisarına
imkan verir, çeklərdən istifadə sferasını məhdudlaşdırır,
əmtəələrin satışında və iqtisadiyyatda böhran hallarının aradan qaldırılmasında qüdrətli
stimul yaradır.
Pulun yığım funksiyası. Dövriyyədə tədavül və tədiyə vasitəsi kimi çıxış
etməyən pullar pul yığımlarını yaradır və yığım funksiyasını yerinə yetirirlər. Yığım
vasitəsi olmaq etibarilə pul əmtəə-maddi dəyərlərin yığımını əks etdirir.
Metal pul tədavülü şəraitində pul dəfinə vasitəsi funksiyasını
yerinə yetirməklə,
mühüm iqtisadi rolu, pul tədavülü qanununun kortəbii tənzimçisi rolunu oynayırdı.
Dəfinə funksiyasını tam qiymətli və real pullar – qızıl və gümüş yerinə yetirirdi.
Sərvətin ümumi təcəssümçüsü kimi çıxış edən pul cəmiyyətdə yığıma
olan meyli
meydana gətirir. Pul olduqda, onu verib hər cür əmtəə əldə etmək olar.
Əmtəə
istehsalçıları pulu yığıb saxlayır ki, istənilən vaxt lazım olan əmtəələri satın alsınlar.
Belə olduğu halda əmtəə mübadiləsinin iki metamorfozu – satqı (Ə-P) və alqı (P-Ə)
aktları arasında qırılma olur, başqa sözlə, əmtəənin satışı nəticəsində arxasınca
digər
əmtəənin satın alınması baş vermir. Pul tədavüldən çıxır və dəfinəyə çevrilir.
Hazırda qızıl heç bir ölkə daxilində bilavasitə tədavül və tədiyə
vasitəsi kimi
fəaliyyət göstərmir. Yığım vasitəsi funksiyasında pul yalnız qızılın
nümayəndəsi, pul
nişanları, kredit pulları kimi çıxış edir. Bu funksiyada kredit pulları müvəqqəti sərbəst
pul vəsaitlərinin cəlb olunması, yığımı və onların pul kapitalına çevrilməsi prosesini
müşayiət edir.
Müəssisə və təsərrüfat təşkilatlarının pul yığımı, onların banklardakı hesablarında
cəmləşən sərbəst pul vəsaitləri formasında çıxış edir. Burada yığım vasitəsi kimi
fəaliyyət göstərən, pulu müəssisə və təşkilatların,
həmçinin əhalinin kredit
idarələrindəki cari təyinatlı müvəqqəti sərbəst pul məbləğindən fərqləndirmək lazımdır.
Cari tədiyələrin həyata keçirilməsi məqsədilə istifadə olunan pul yığım olmayıb, tədavül
və tədiyə vasitəsi kimi çıxış edən ümumi pul kütləsinin bir hissəsidir.
Geniş təkrar prosesində pul yığımları maddi dəyərlərin real yığımını əks etdirir.
Fərdi yığım şəklində çıxış edən pul əhalinin nağd pul ehtiyatlarından və kredit
Dostları ilə paylaş: