ki, 1992-ci ilin axırına «Azərbaycan Respublikasında özəlləşdirmə haqqında»
Qanun
qəbul edilmişdir. 1995-ci ilin iyul ayının 21-də «Azərbaycan Respublikasında 1995-
1998-ci illərdə dövlət mükiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» qəbul
edilmişdir.
Bununla da maliyyə siyasətində 1995-ci ildən başlayaraq perspektiv istiqamətlər
müəyyən edildi ki, burada da aşağıdakılar nəzərdə tutulmuşdur:
1. Müəssisələrin və vətəndaşların
vergiyə cəlb edilməsini, gömrük tariflərini
tənzimləmək, idarəetmə aparatının saxlanmasına dövlət xərclərini ixtisar etmək yolu ilə
büdcə kəsirinin azaldılmasına nail omaq;
2. Müəssisə və fiziki şəxslərə vergiqoyma sistemini
təkmilləşdirmək və
sadələşdirmək, vergilərin sayını xeyli azaltmaq;
3. Inflyasiyanın səviyəsini azaltmaq, müəssisələrə sahibkarlıq
fəaliyyətində
sərbəstlik vermək;
4. Ölkədə sənaye və kənd təsərrüfatını canlandırmaq, istehsal və maliyyə
münasibətlərini sağlamlaşdırmaq qabiliyyətində olan mütəxəssislərin hazırlanmasının
genişəndirilməsi;
5. Iqtisadiyyatın sabitləşdirilməsi üzrə tədbirlərdə bankların
və digər kredit
idarələrinin rolunu artırmaq. Bu məqsədlə bank sistemində islahatları elə keçirmək
lazımdır ki, bankların əsas məqsədi maksimum
mənfəət götürmək deyil, minimum
haqla müəssisə və əhaliyə xidmət etmək olsun;
6. Kredit münasibətləri
sistemini təkmilləşdirmək, kredit münasibətlərinin
inkişafı istehsalın və xidmət sahəsinin inkişafına yardım etməlidir;
7.Istehsal və qeyri-istehsal sferalarında dövlət tədbirlərini maliyyələşdirmək üçün
ölkənin maliyyə resurslarının xeyli hissəsini dövlətin əlində (dövlət büdcəsində)
təmərküzləşdirmək lazımdır;
8. Perspektivdə dövlət büdcəsinin
sosial yönümlülüyünü, sosial tələbatlara
maliyyə resurslarının ayrılmasını təmin etmək.
Dostları ilə paylaş: