materialların, azqiymətli və tez xarab olan əşyaların silinməsi qaydaları, biməmiş
istehsalın qiymətləndirilməsi metodları, tezləşdirilmiş amortizasiya tətbiq etmək
imkanları mövcud olur.
Müəssisənin kredit siyasətinin hazırlanması
. Bu məqsəd üçün balansın
passivinin strukturu təhlil edilir, xüsusi və dövriyyə vəsaitlərinin payı, onların nisbəti
təhlil edilir, xüsusi dövriyyə vəsaitinin çatışmazlığı müəyyən olunur. Hesablama
əsasında borc vəsaitinə tələbat müəyyən olunur. Bəzi hallarda xüsusi dövriyyə vəsaiti
kifayət etdikdə belə, müəssisələrə kredit almaq məqsədəuyğun hesab edilir. Bu o vaxt
mümkündür ki, kredit vəsaitinin cəlb edilməsi və istifadəsindən əldə edilən səmərə faiz
dərəcəsindən yüksək olsun. Müəssisənin kredit siyasəti kredit təşkilatını, faiz
dərəcəsinin miqdarını, kreditin ödənilməsi müddətini seçməyi nəzərdə tutur.
Dövriyyə vəsaitinin, debitor və kreditor borclarının idarə edilməsi.
Maliyyə
siyasəti hazırlanarkən, belə hesab edirlər ki, bu maliyyənin idarə edilməsinin əsas
problemidir. Bu problemin düzgün həll edilməsindən istər xüsusi vəsaitlərin və istərsə
də borc alınmış vəsaitlərin istifadəsinin səmərəliliyi çox asılıdır. Müəssisənin maliyyə
siyasəti hazırlanarkən nəzərdə tutulmuş dövriyyə vəsaitindən səmərəli istifadə
edilməsinin, yüksəldilməsinin mühüm amili dövriyyə vəsaitinin dövriyyəsidir.
Xərclərin (məsrəflərin) idarə edilməsi və amortizasiya siyasətinin seçilməsi.
Sənaye müəssisələrində istehsal xərclərinin (məsrəflərinin) və tədavül xərclərinin idarə
edilməsinə həsr edilmiş maliyyə siyəsəti bölməsinin hazırlanması üçün maliyyə
təhlilinin xərc və rentabellik səviyyəsi haqqında məlumatlarından istifadə edilir. Təhlil
əsasında xərclərin (dəyişən, sabit və qarışıq) optimallaşdırılması və zərərsiz işləməsinə
nail olunması üzrə tədbirlər hazırlanır.
Amortizasiya siyasətinin seçilməsi müəssissənin maliyyə siyasətində böyük
əhəmiyyət kəsb edir. Qüvvədə olan qanunvericiliyə əsasən müəssisə tezləşdirilmiş, yəni
avadanlıqları dəyişdirmək üçün xərcləri artırmaqla, sürətli vəsait yığmaq hüququna
malikdir. Müəssisə həmçinin əsas fondların yenidən qiymətləndirilməsini keçirmək,
amortizasiya ayırmalarının hesablanması üsulunu müəyyən etmək hüququna malikdir.
Dostları ilə paylaş: