Trias sistemi çöküntül
əri H. V. Abix, A. M. Sadikov, K. O.
Rostovtsev, T. A. H
əsənov və b. tərəfindən öyrənilmişdir. Bu
çöküntül
ər Naxçıvanda yer üzərinə çıxırlar. Sistem alt və orta
şöbələrlə təmsil olunur. Şərur-Culfa antiklinoriumunun
quruluşunda Alt Triasın İnd və Olenik, Üst Triasın Aniziy və
Ladin m
ərtəbələrinin çöküntüləri əhəngdaşı, dolomit,
dolomitl
əşmiş əhəngdaşıları ilə təmsil olunur.
Yura sistemi H. V.
Abix, Ş. Ə. Əzizbəyov, M. Ə. Qaşqay, V.
Y.
Xain, Ə. Ş. Şıxəlibəyli, T. A. Həsənov, M. R.
Əbdülqasımzadə, V. B. Ağayev, R. Q. Babayev və b. tərəfindən
öyr
ənilmişdir. Yura çöküntüləri Kiçik və Böyük Qafqazın iri,
gömülmüş quruluşlarında iştirak edir. Alt Yura - Hettanq,
Sinemyur, Plinsbax v
ə Toar mərtəbələri terrigen, Orta Yura -
Aalen, Bayos, Bat, Kellovey m
ərtəbələri püskürmə və piroklastik
süxurlardan, Üst Yura - Oksford, Kimeric, Titon m
ərtəbələri isə
karbonat, çökm
ə-terrigen süxurlardan ibarətdir.
Elnur
Dostları ilə paylaş: |