Elnur İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
16 Onların ən mühümləri – antiklinal strukturun, qırılma-sürüşmə
pozulmasının, plastik gil süxurunun, yeraltı su mənbəyinin və
karbohidrogen qaz toplusunun olmasıdır.
Fa ydalı qazıntıları: Azərbaycan yerüstü və yeraltı filiz, qeyri-
filiz faydalı qazıntıları ilə zəngindir. Bu baxımdan ilk növbədə
Respublikanın neft və qaz yataqlarını yada salmalıyıq. Eramızdan
əvvəl VI-VII əsrlərdə Abşeron yarımadasında qaz və neftin yer
s
əthinə sızması məlum idi və eyni zamanda neftdən müxtəlif
sah
ələrdə istifadə olunması qeyd olunur. Abşeron yarımadasının
neftliliyi bar
ədə ilk yazılı məlumat X əsrdə Məsudi, XIII-XIV
əsrlərdə Marko Polo və b. tərəfindən verilmişdir. XVI əsrin
sonunda Balaxa
nı kəndində Allahyar Məmməd Nuri ilk dəfə
olaraq neft
əldə etmək məqsədiylə dərinliyi 60 m. olan əl quyusu
qazdırır. Əsrin əvvəllərində Qasımbəy dünya təcrübəsində ilk
d
əfə olaraq Xəzər dənizində sahildən 20-30 m. uzaqda neft
istehsal etm
ək fikrinə düşür və bu məqsədlə əl quyusu qazır.
1735-ci ild
ə səyyah Lerxe, 1841-ci ildə Fransa yazıçısı Düma
Suraxanıdakı məşhur «Atəşgah» barədə əsərlərinin birində
m
əlumat verilmişlər.
Bakı neftinin elmi əsaslarla öyrənilməsi məşhur alman geoloqu
H. V. Abixin XIX
əsrin ikinci yarısından başlayaraq
Az
ərbaycanda apardığı tədqiqatlarla bağlıdır. Neft quyularının
rotor üsulu il
ə 100-120 m. dərinliyə qazılması da ilk dəfə Bakıda
t
ətbiq olunur. Abşeronda zəngin neft yataqlarının aşkar edilməsi
daxili (H.
Tağıyev, M. Nağıyev, Ş. Əsədullayev və b. ) və xarici
(Rotşild, Nobel, Montaşev və b. ) kapitalistləri bu işə sərmayə
qoymağa sövq etdi.
Layların stratiqrafik yaşlarının təyin olunmasında paleontoloji
üsul mühüm rol oynayır. Bu sahədə kadrlar 1920-ci ildə yeni
yaranan Az
ərbaycan Politexnik İnstitutunda V. V. Boqoçovun
r
əhbərlik etdiyi “Paleontologiya və tarixi geologiya” kafedrasında
hazırlanırdı. Respublikada neft sənayesinin inkişafıyla əlaqədar
30-cu ill
ərdə regional geologiya, xəritəalma işləri genişlənir (Ş.